İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 

AZƏRBAYCAN VƏ EUROVİSİON 2009

 

 

Bir neçə aydır ki, 2009-ci ilin may ayında Moskvada keçiriləcək Eurovision Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənninin müəyyən edilməsi üçün bir sıra təşkilati tədbirlər həyata keçirilir. Müğənni və mahnını təyin etmək üçün 7 nəfərdən ibarət münsiflər heyəti yaradılıb:

1.İsmayıl Ömərov - İTRYŞ-nin baş direktoru (sədr)
2.Fərhad Bədəlbəyli - Bakı Musiqi Akademiyasının rektoru, professor
3.İbrahim Quliyev – AMDF-nun icraçı direktoru
4.Lalə Kazımova - Beynəlxalq Musiqi şurasının Azərbaycan milli musiqi komitəsinin prezidenti
5.Murad Adıgözəlzadə M.Maqomayev adına Dövlət Filarmoniyasının direktoru, əməkdar artist
6.Mənzər Nurəliyeva – Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi
7.Fərhad Hacıyev – Gənclər və İdman Nazirliyinin nümayəndəsi

Seçim turlarının təşkilatı məsələlərilə bağlı bütün əlaqədar qurumlara: Mədəniyyət və Turizm nazirliyi, Gənclər və İdman nazirliyinə müraciət olunmuşdu. İctimai Televiziyanın Böyük studiyasında keçirilən seçim turlarına gələn sənətçilərin ifası lentə alınmışdı. Gələn müğənnilərin əksəriyyəti yerli “Yeni Ulduz”, “Azəri Star”, “Sing Your Song” müsabiqələrdə çıxış edən gənc ifaçılar idi. Münsiflər heyəti həmin videoyazını dönə-dənə izləmiş, diskussiyalar aparmışdılar. Heyətin son toplantısı zamanı yekdil qərar qəbul olunmuşdu. Belə ki, 2009-cu ilin may ayında Moskvada keçiriləcək 54-cü Eurovision Mahnı Müsabiqəsində Azərbaycanı artıq sensasiya olmuş gənc və istedadlı müğənni Aysel Teymurzadə təmsil edəcək. Münsiflər heyətinin rəyinə əsasən Aysel Teymurzadə Eurovision səhnəsində çıxış etmək üçün bütün kompleks keyfiyyətlərə malikdir. Söhbət xarici görünüş, xarizma, rəqs, səs imkanları, dünyagörüşü və xarici dil bilgilərindən gedir. Aysel kastinqlər zamanı bir neçə kompozisiya ifa etmişdi. Bura həm dünya, həm də Azərbaycan mahnıları daxil idi. Münsiflərin fikrincə Aysel digərləri ilə müqayisədə bu mahnıların ən yaxşı ifaçısı idi. Hal-hazırda münsiflər heyətinin qarşısında duran əsas məsələ Eurovision səhnəsində Azərbaycanı təmsil edəcək ifaçıya uyğun olacaq və ölkəmizi layiqincə təmsil edəcək mahnının seçilməsidir. Odur ki, təşkilat komitəsi həm yerli, həm də xarici bəstəkarlara üz tutub yeni, orijinal, məhz Eurovision müsabiqəsi üçün yazılmış mahnı qəbulunu rəsmən elan edir. Mahnı sözügedən müsabiqənin formatına uyğun, həm də yaddaqalan, orijinal olmalıdır. Bir daha xatırladırıq ki, həm yerli, həm də əcnəbi bəstəkarlar yazdıqları yeni mahnını 1 fevral 2009-cu il tarixinə qədər İctimai Televiziyaya təqdim edə bilər.
Ölkəmizi müsabiqədə təmsil edəcək ifaçı və mahnı mart ayının ortalarındа Avropa Yayım Birliyinə təqdim olunmalıdır. Builki müsabiqəyə hazırlıq yenidən peşəkar insanlara həvalə edilib. Çünki, ötən il peşəkarların rəyi ilə atılan addım nəticəsində ölkəmizi debüt çıxışından ilk onluğa qədər yüksəltdi. Xatırladırıq ki, ötən il olduğu kimi bu il də Azərbaycanın Eurovision səhnəsində uğurlu çıxşını təmin etmək üçün bu sahədə böyük təcrübsi olan Ukraynanın “Euro Media” piar-şirkətinə müraciət olunub. Onlarla yanaşı respublikamızın bütün əlaqədar təşkilatları bu işdə İctimai Televiziyaya dəstək verir. Ötən il olduğu kimi bu ildə Eurovision Mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimlidir.


Aysel Teymurzadə


Aysel Teymurzadə


Aysel Teymurzadə


Aysel Teymurzadə


Aysel Teymurzadə



 

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi