itv.az
Sport News

Barak Obamanın prezidentlik postunda vida nitqi

Jan 11 Oxunub 354
Rate this item
(0 votes)

ABŞ dövlət başçısı Barak Obama prezident postunda sonuncu nitq ilə çıxış edib.

Bu əlamətdar mərasim üçün o Çikaqonu seçib. Bu isə təsadüfü deyil. Məhz bu ştatda 8 il əvvəl o qələbəsini elan edərək prezidentlik vəzifəsinin icrasına başlayıb. Vida nitqində Barak Obama onu dəstəkləyən bütün vətəndaşlara təşəkkür edib, eləcə də 8 il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb. Obamın fikrincə, Kuba və İranla münasibətlərin nizama salınması, məşhur terrorçu Üsəma ben Ladenin məhv edilməsi və maliyyə böhranının dəf edilməsi onun prezidentlik dövrünün ən əlamətdar hadisələridir. Amerikanın 44-cü prezidenti bəyan edib ki, son illər ərzində Amerika daha güclü və təhlükəsiz olub. Bundan başqa Barak Obama Rusiya və Çini ölkəsinin əsas rəqibləri adlandırıb. O, bununla belə, qeyd edib ki, rəsmi Moskva və Pekinin beynəlxalq arenadakı təsiri ABŞ-ın dünyadakı nüfuzu ilə müqayisə edilə bilməz. Amerika lideri həmçinin demokratiya dəyərlərinin ABŞ-da və dünyada zəifləməsi təhlükəsinin olması ilə bağlı xəbərdarlıq edib və bunun vətəndaş və beynəlxalq müharibələrə gətirib çıxara biləcəyini deyib. Obama bundan başqa İslam adı altında çıxış edən fanatiklərin və bəzi diktatorların dünya nizamına təhlükə yaratdığını vurğulayıb. O, İŞİD terror qruplaşmasının darmadağın olunacağına əmin olduğunu bildirib. Bundan başqa, hazırki prezident yeni administrasiyanın təklif etdiyi səhiyyə islahatlarının “Obamacare”dən daha yaxşı olacağı halda onu dəstəkləyəcəyini də bəyan edib. Obama ilə bərabər onun ailə üzvləri və vitse-prezident Co Bayden də seçicilərlə vidalaşıb. Obama ilə görüşdə 18 minə yaxın amerikalının iştirak etdiyi bildirilir. Prezident postunda son çıxşında Obama həyat yoldaşı Mişel Obama və vitse-prezident Co Baydenə minnətdarlığını bildirən zaman isə gözləri dolub. Qeyd edək ki, yanvarın 20-də ölkənin yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi keçiriləcək .

HomeWORLDWORLDBarak Obamanın prezidentlik postunda vida nitqi
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image