itv.az
Sport News

Yayım Şurası

Dek 16 Oxunub 50080
Rate this item
(0 votes)

 

Yayım Şurasının sədri

 

İmanov Muxtar Kazım oğlu

İmanov Muxtar Kazım oğlu 1955-ci ildə Şərur rayonunun Axura kəndində anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1977-1980-ci illərdə Şərur rayonunun Həmzəli kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1983-cü ildə Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspiranturanı bitirib. 1984-cü ildə “Müasir Azərbaycan nəsrində psixologizm” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1983-1992-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. 1992-2000-ci illər arasında “Yazıçı” nəşriyyatının baş redaktoru olub. 2001-ci ildən AMEA Folklor İnstitutunun türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi olub. 2007-ci ildə “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.“Müasir Azərbaycan nəsrində psixologizm” (1991), “Gülüşün arxaik kökləri” (2005), “Xalq gülüşünün poetikası” (2006) adlı monoqrafiyaların, yazılı və şifahi ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş onlarla məqalənin, eləcə də bir sıra publisistik yazıların müəllifidir. “Bu yurd bayquşa qalmaz” (1995), “Zəngəzur folkloru” (2005) kitablarında çap olunan xalq ədəbiyyatı nümunələrinin toplayıcı və tərtibçilərindəndir.

Muxtar İmanovun namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülüb. Muxtar İmanov Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2017-ci il tarixli Qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına növbəti müddətə üzv seçilib. M. İmanov Yayım Şurasının 18 aprel 2017-ci il tarixli iclasında yekdil səsvermə ilə Şura üzvləri tərəfindən sədr seçilib.

Muxtar İmanov 2017-ci il mayın 2-də AMEA-nın həqiqi üzvü seçilib.

Ailəlidir, iki oğlu var.

 

 

Yayım Şurasının üzvləri

 

Azər Həsrət

Əməkdar jurnalist Həsrət Azər Hacıqulu oğlu 3 avqust 1968-ci ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olub. 1991-ci ildə Bakı Baza Energetika Texnikumunu, 1997-ci ildə isə Bakı Dövlət Universitetini bitirib. Azər Həsrət 1995-ci ildən başlayaraq jurnalistika fəliyyətilə məşğuldur. Onun yazıları bir sıra milli və xarici media qurumlarında dərc edilir. Azərbaycan, türk, ingilis və rus dillərində yazıb yaradır. Azər Həsrət 2013-cü ilin mayından 2017-ci ilin aprelinədək “Xəzər” TV-də həftəlik “Tərs bucaq” adlı verilişin aparıcısı olub. 1999-cu ildə Kanada İnsan Haqları Fondunun yay məktəbini, eyni zamanda BMT başda olmaqla bir sıra qurumların ayrı-ayrı kurslarını bitirib. 2001-2005-ci illərdə Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX, Kanada) təşkilatının Şura üzvü olub. 2000-ci ildən Beynəlxalq Mətbuat İnstitutunun (IPI, Vyana) üzvüdür. 2004-cü ilədək bu qurumun Azərbaycan Milli Komitəsinin rəhbəri olub. 2004-cü ildə Brüsseldə qurulmuş Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutunun (INSI) qurucu İdarə Heyəti üzvləri arasında olub. Azərbaycan Mətbuat Şurasının qurucularından biri və hazırda İdarə Heyətinin üzvüdür. Jurnalistlərin Həmkarlar İttifaqının qurucusu (1997) və 2002-ci ilin sonunadək sədri olub. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədridir. UNESCO, ATƏT, Avronest Parlament Assambleyası, Avropa Şurası, Avropa Birliyi, Beynəlxalq Jurnalistlər Federasiyası kimi qurumlarda ekspert qismində çoxsaylı tədbirlərdə iştirak edir.

İki roman və hekayələr müəllifidir. Evlidir, iki övladı var. Hərbi xidmətini 1986-88-ci illərdə Almaniyada keçib. Ehtiyatda olan leytenantdır. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizədliyi Mətbuat Şurası tərəfindən irəli sürülüb və 14 aprel 2017-ci ildə Milli Məclisdə təsdiq edilib.

 

Fuad Nurullayev 

Nurullayev Fuad İzzət oğlu 1964-cü ilin sentyabr ayının 29-da Masallı rayonunda anadan olub. 1980-ci ildə Masallı rayon Mollaoba kənd məktəbini bitirib. 1989-cu ildə Qafqaz İslam Universitetinə daxil olub. 1994-cü ildə Universiteti bitirib. Həmin ildən Universitetdə müəllimlik fəaliyyətinə başlayıb. 2003-cü ildə BİU-ya (Bakı İslam Universiteti) dekan vəzifəsinə təyin edilib. 2010-cu il yanvarın 10-dan Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri vəzifəsində çalışır.

Fuad Nurullayevin namizədliyi dini konfessiyalar tərəfindən irəli sürülüb. Fuad Nurullayev Azərbaycan Respublikası Milli Məclisinin 19 aprel 2013-cü il tarixli Qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzv seçilib.

Ailəlidir, 3 övladı var.

 

 

Həsən Cəfərov

1956-ci ildə anadan olmuşdur. 1980-ci ildə N.E.Bauman adına Moskva Ali Texniki məktəbi bitirmişdir.Əmək fəaliyyətinə Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xüsusi nəqliyyat təmiri zavodunun baş ustası kimi başlamışdır. 1982-ci ildən Yerli Sənaye və Məişət Kommunal müəssisələri fəhlələrinin Respublika Komitəsində təlimatçı, 1983-1986-cı illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasında əməyin texniki müfəttişi, 1986-1989-cu illərdə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasında ətraf mühitin mühafizəsi üzrə texniki əmək müfəttişi, 1989-1990-cı illərdə AHİŞ sədrinin köməkçisi, işlər müdiri, 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdiri, aparat rəhbəri, 2006-cı ildən isə AHİK-in katibi-aparat rəhbəridir. Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının və AHİK-in Məclis üzvüdür. Azərbaycan həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə «Əməkdar mədəniyyət işçisi» fəxri adına, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüb. Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasəna Həsən Şahhüseyn oğlu Cəfərov Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Bir sıra beynəlxalq həmkarlar ittifaqları birliklərinin medalları ilə təltif edilib. Evlidir. Bir övladı var.

 

Mirhəsən Seyidov

Mirhəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildən etibarən 287 saylı “Zəkalar” liseyində təhsil almağa başlayib, 2006-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. Təhsilini davam etdirən Mirhəsən Seyidov 2012-2014-cü illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq Biznes MBİ magistr dərəcəsi əldə edib. 2010-2011-ci illər ərzində hərbi xidmətini başa vurub.

İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başlayıb. 2009-cu il may ayından Dünya Türk Gəncləri Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq çalışmağa başlayıb. Dekabr ayından etibarən isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)-da baş katib müavini olaraq ictimai fəaliyyətinə davam edir. 2012-ci ilin fevral ayından başlayaraq “Avroviziya”nın Azərbaycandakı rəsmi Fan Klubunun sədri olub. 2012-ci ilin may ayından Azərbaycanda Avropa Hərəkatında İdarə Heyətinin üzvü olub, 2012-ci il iyul ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini vəzifəsində çalışmağa başlayıb. 2007-ci ildən başlayaraq 35-ə yaxın xarici ölkədə keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa Parlamenti, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatlarının Uşaq Fondu (UNICEF), Avropa İttifaqının, Avropa Gənclər Forumu, Avropa Gənclər Fondunun bir çox tədbirlərində Azərbaycanı təmsil edib. Yodlaşdırılmış duz, Sağlam həyat tərzi, Ekoloji maarifləndirmə, Azərbaycan Gənclər Siyasəti üzrə həmyaşıd təlimçi kimi fəaliyyə göstərib. 2014-cü il 27 iyun tarixindən etibarən isə “İRƏLİ” İctimai Birliyinin sədri olaraq fəaliyyətini davam etdirir.

Mirhəsən Seyidovun  namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülüb.  Mirhəsən Seyidov Azərbaycan Respublikası Milli Məclisinin 29 may 2015-ci il tarixli Qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzv seçilib.

 

Sevil Yusifova

Sevil Yusifova 14 oktyabr 1973-cü ildə Qazax şəhərində ziyalı ailəsində anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib və həmin il AMEA-nın Nizami adına Ədəbiyyat institutunun aspiranturasına qəbul olub. Disertasiya işi “Abbas Tufarqanlının mühiti və yaradıcılığı” olub. 1999-cu ildə AMEA-nın Nizami adına Ədəbiyyat institutunun aspiranturasını bitirib. 1994-cü ildə “525-ci qəzet”də müxbir kimi işə başlayıb. Ondan sora müxtəlif mediya orqanlarında (“Ekskuliziv” informasiya agentliyində, “Yeni Azərbaycan”, “Panorama”, “Gündəlik Azərbaycan” qəzetlərində) parlament müxbiri, redaktor və xüsusi layihələr üzrə redaktor vəzifələrində çalışıb. AzTV, GünazTV, ELTV ilə əməkdaşlıq edib. “İşgüzar qadın”, “Gender” proqramlarının müəllifi və aparıcısı olub. 2003-cü ildən 2005-ci ilə kimi “Ruh” AJMK-da monitorinq qrupun rəhbəri olub. 2006-ci ildə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti seçilib. Bu günə kimi bu vəzifəni icra edir. 22 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 19 dekabr 2012-ci ildə Milli QHT Forumun Qurultayında MQF-nin İdarə Heyətinə üzv seçilib. “Zərif imzalar”, “Elegant Signatures”, “Mübariz yol” kitablarının tərtibçisi, “Media və Hüquq” kitabının redaktorudu. İki yüzdən çox layihəyə rəhbərlik edib: “Gənclər hər cür zorakılığa qarşı”, “Qadın sağlamlığı. Reabilitasiya”, “Tariximizi öyrənək”, “İstanbulda Xocalı harayı”, “Hepatitlə mübarizə aksiyası!”, “Ukraynanın gündəminə Azərbaycan həqiqətlərini gətirək”, “Qafqaz evi və ermənilər”, “Genofondumuzu qoruyaq!”, “Uşaq mətbuatı bu gün: problemlər, perespektivlər”, “Türk Dünyasının Mədəni İnteqrasiyası: Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi dili”, “Şərqdə ilk demokratik Respublika. Azərbaycan qadını” və s. “I Respublika Jurnalist Qadınların Forumu”nun təşkilat komitəsinin sədri olub.

Sevil Yusifovanın namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülüb. Sevil Yusifova  Azərbaycan Respublikası Milli Məclisinin 29 may 2015-ci il tarixli Qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzv seçilib.  

 

 Vüqar Zeynalov

Zeynalov Vüqar Eldar oğlu 1962-ci ildə Qazax rayonunun Eynallı kəndində ziyalı ailəsində anadan olub.Məktəb bitirdikdən sonra 1978-ci ildən 1979-cü ilədək Bakı şəhər İcraiyyə Komitəsi Tramvay-trolleybus İdarəsində işləyib. 1979-cu ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə daxil olub. Eyni zamanda Universitetdə təhsil aldığı vaxt fakultə Komsomol Komitəsinin katibi, Universitet Tələbə Həmkarlar İttifaqının sədr muavini vəzifəsində çalışıb. Ümumittifaq Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin Fəxri Fərmanı və “Tələbə dəstələrində aktiv işinə görə” nişanı ilə təltif olunub. 1984-cü ildə Bakı Komsomol Məktəbinin komsomol quruculuğu kursunu bitirib. 1984-cü ildən 1987-ci ilədək Azərbaycan SSR Ali və Orta İxtisas Təhsil Nazirliyinin təyinatı ilə Azərbaycan Hesablama Texnikası və İnformatika İstehsalat Birliyinin İnformasiya Hesablama Mərkəzində mühəndis vəzifəsində işləyib. Yüksək istehsalat göstəricilərinə görə “Kommunist Əməyi Zərbəcisi” adı alıb. 1987-ci ildə Lenin RİK-in Təşkilat-İnstruktor şöbəsində instruktor işləyib. 1987-ci ildən 1989-cü ilədək Lenin rayon Komsomol Komitəsinin 2-ci katibi vəzifəsində çalışıb. Azərbaycan LKQİ Mərkəzi Komitəsinin Fəxri Fərmanı ilə təltif olunub. 

1989-cu ildən 1991-ci ilədək Bakı şəhəri Gənclərin Elmi-texniki Yaradıcılığı Qurumunun koordinatoru olub. 1991-ci ildən 1994-cü ilədək “AMAL” istehsal kommersiya firmasının direktoru işləyib. 1994-cü ildən 1998-ci ilədək isə “Biznes-press” qəzetinin təsisçisi olub və direktoru işləyib.

1995-ci ildən “Müller İnteryer” şirkətlər qrupunun təsisçisi və baş direktorudur.

Vüqar Zeynalovun namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülüb. Vüqar Zeynalov Azərbaycan Respublikası Milli Məclisinin 29 may 2015-ci il tarixli Qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzv seçilib. 

Azərbaycan Respublikasının Prezidentinin 25 aprel 2017-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

 

Yusif Babanlı 

Babanlı Yusif Məmməd oğlu 1984-cü ilin aprel ayının 9-da Naxçıvan MR-nın Ordubad rayonunda anadan olub. 1990-2001-ci illərdə orta təhsil alıb. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2005-2008-ci illərdə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2001-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olub. 2001-2008-ci illərdə Azərbaycan Respublikasının idman ustası adını alıb. 2005-2008-ci illərdə Akademiyanın Tələbə Gənclər Təşkilatının sədri olub. 2009-2011-ci illərdə AzDBTİA-da baş müəllim vəzifəsində işləyib, hal-hazırda kafedranın professorudur. 2009-cu ildən Azərbaycan Boks Federasiyasının İcariyyə Komitəsinin üzvü, Təşkilat komitəsinin sədridir. 2010-cu ildən AzDBTİA-da prorektor vəzivəsində işləyir. 2010-cu ildə Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və idman işçisi adını alıb. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda doktorantura pilləsində təhsil alıb. Pedaqogika üzrə fəlsəfə doktorudur. 2012-ci ilin oktyabr ayından Azərbaycan Mədəniyyət İşçilərin Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin rəyasət heyətinin üzvüdür. Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə AHİK-nın medalı ilə təltif olunmuşdur, həmçinin dövlət qurumları tərəfindən fəxri fərman və diplomlarla təltif olunmuşdur. 2012-ci ildə "Respublika dərəcəli hakim" adını alıb. 60 elmi məqalə, 6 dərslik və 5 metodik vəsaitin müəllifidir, professordur.

Yusif Babanlının namizədliyi idman federasiyaları tərəfindən irəli sürülüb. Yusif Babanlı Azərbaycan Respublikası Milli Məclisinin 19 aprel 2013-cü il tarixli Qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım üzv seçilib.       

Ailəlidir.

Zemfira Qafarova

Zemfira Həsən qızı Qafarova 1942-ci il noyabrın 22-də Bakıda anadan olub. 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib, həmin ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) tarix nəzəriyyə şöbəsinə daxil olub və 1966-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. Həmin ildən bu günədək konservatoriyada musiqi tarixi kafedrasında müəllim kimi çalışır. 1981-1991-ci illərdə tarix-nəzəriyyəsi fakültəsinin dekanı olub. 1984-cü ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru, 1986-cı ilə dosent elmi dərəcəsinə, 1993-cü ildə professor elmi adına layiq görülüb. Z. Qafarova SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Onun Ü.Hacıbəyovun "Koroğlu", "Ramiz Mustafayev", "Tofiq Bakıxanov", "Hacı Xanməmmədova", "Şəfiqə Axundova", "Telman Hacıyev", "Əli Haqverdiyev" monoqrafiyalarının, "Xarici musiqi tarixi", "Azərbaycan musiqi incəsənəti" dərsliklərinin, bir çox elmi və elmi-kütləvi məqalələrin, resenziyaların, oçerklərin müəllifidir.

Zemfira Qafarovanın namizədliyi yaradıcılıq təşkilatlarından irəli sürülüb. Zemfira Qafarova Azərbaycan Respublikası Milli Məclisinin 19 aprel 2013-cü il tarixli Qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzv seçilib.

 

 

 

HomeHAQQIMIZDAYayım şurası
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image