itv.az
Sport News

Yeni il müxtəlif ölkələrdə fərqli şəkildə qeyd olunur

Dek 30 Oxunub 1123
Rate this item
(0 votes)

Dünya ölkələri Yeni ili fərqli, maraqlı və  bir qədər də qəribə  şəkildə qeyd edirlər.

 

İtaliyada Yeni il axşamı köhnə ev əşyalarının pəncərədən küçəyə atılması ənənəsi hələ də qalmaqdadır. Küçədən keçənlər üçün heç də təhlükəsiz olmayan bu adətə əməl edən italyanlar hesab edirlər ki, nə qədər çox əşya atılsa, Yeni il öz gəlişi ilə evə bir o qədər sərvət gətirər.

Fransada bu günə qədər köhnə bir ənənəyə hələ də əməl olunmaqdadır. Belə ki, Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi orada bayram süfrəsindən qoğal və ya bulka qoyur. Bu bayram payını ertəsi gün o biri sahibə götürür, əvəzində özü gətirdiyini bulaq başında qoyur. Qadınlar axşam olana qədər bir-birilərini bu cür qonaq edirlər.

Almaniyada isə saatlar gecəyarısına qurulur,müxtəlif yaş təbəqəsindən olan insanlar masa, stul, kreslonun üstünə çıxır və saat 24-ü vuranda birlikdə Yeni ilə atlanırlar.

 İngiltərədə Yeni ildə ən çox sevinən uşaqlardır. Çünki bütün gecəni küçələrdə ticarətçilər maraqlı oyuncaqlar, maskalar, hava şarları satırlar. Yeni il axşamı ingilislər ənənəvi ağ pudinq yeyirlər. Lakin onlar bunu çox ehtiyatlı edirlər, çünki pudinqin içərisində çoxlu yararsız şeylər də olur. Odur ki, pudinq lotereya kimidir, kimə yaxşı, kiməsə pisi  düşür. 

Şotlandiyada Yeni il ərəfəsində çəlləkdə qətran yandırır və onu bütün küçə boyu diyirləyirlər. Şotlandlar üçün bu, köhnə ilin yandırılmasıdır. Bundan sonra Yeni ilə yol açıqdır. Bu ölkədə hesab edirlər ki, Yeni ilin gəlişindən sonra evə girən ilk adam xoşbəxtlik və ya bədbəxtlik gətirir. Əgər evə hədiyyə ilə tündsaçlı kişi daxil olarsa, bu, xoşbəxtlik əlamətidir.

Yeni il ərəfəsində İrlandiyada evlərin qapıları taybatay açıq olmalıdır. İstənilən adam istədiyi evə daxil ola bilər. Onu ən əziz qonaq kimi qarşılayacaq, bayram süfrəsi ətrafında ən hörmətli yerdə oturdacaq və şirin şəraba qonaq edəcəklər. Və ”Bu evdə və bütün dünyada sülh naminə” sağlığına badə qaldıracaqlar. O birisi gün bayramın dostlar və tanışlar arasında qeyd olunması adətdir.

Rumıniyada yeni il axşamı süfrəyə içərisində kiçik sürprizlər-qəpiklər, çini fiqurlar, acı bibər qabığı olan bayram qoğalı qoyulur. Qoğalda üzük tapılarsa, bu o deməkdir ki, Yeni il çoxlu xoşbəxtlik gətirəcək. Acı bibər qabığı isə süfrə arxasına toplaşlanları yalnız güldürəcək.

Bolqarıstanda yeni ili ənənəvi olaraq evdə qarşılayırlar. Evin ən kiçiyi yolkanın qarşısında dayanaraq, ailə üzvləri üçün mahnılar oxuyur. Ailə üzvləri isə ona hədiyyələr verirlər.

Macarıstanda Yeni il günü uşaq tütəkləri,  fit almaq və hədiyyə etmək dəbdir. İnanclara görə, bu musiqi alətlərinin təsirli səsi evdəki cinləri qova, sevinc və firəfanlıq gətirə bilər.

Moldovada Yeni ildə qonaq gözlənilən evlərdə buğda səpmək adəti var. Hesab olunur ki, bununla, yeni ildə bol məhsul və firəvanlıq olacaq.

Yeni ili qarşılamaq üçün qonaqlığa gedən Yunanıstan sakinləri isə özləri ilə daş götürür və onu qonaq gözləyən evin kandarına atırlar. Əgər daş ağırdısa, onda deyirlər- “Qoy ev sahibinin sərvəti bu daş kimi ağır olsun”. Yox, əgər daş kiçikdirsə, onda  “Qoy ev sahibinin gözünə düşən ləkə bu daş kimi kiçik olsun” deyirlər.

Hindistanda Yeni ili müxtəlif cür qarşılayırlar. Şimal sakinləri özlərini ağ, qırmızı, cəhrayı və bənövşəyi çiçəklərlə  bəzəyir. Ölkənin mərkəzində evlərə bənövşəyi bayraqlar asırlar. Qərbdə evlərin damında od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara gül, uşaqlar üçün aldıqları hədiyyələri və şirniyyatları qoyurlar. Yeni ilin ilk günü səhər uşaqları gözü bağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar özlərinə hədiyyə seçsinlər.

İndoneziyanın Bali adasında Yeni il 10 gün qeyd olunur. Allahların şərəfinə burada rənglənmiş  düyüdən “yeməli” sütun düzəldirlər. Bayramdan sonra sütunlar sökülür, düyü isə evə aparılır.

Kubada Yeni il gecəsi saat yalnız 11 dəfə vurur. 12-ci zərbə Yeni ilə düşür, bir saat istirahətə  verilir və hamı birlikdə bayramı sakitcə qeyd edir. Gecə yarı kubalılar pəncərədən küçəyə su atırlar, Yeni ilin su kimi daha da aydın və təmiz olmasını arzulayırlar.

Haitidə Yeni il yeni həyatın başlanğıcını simvolizə edir. Buna görə də onlar bu həyatı yaxşılaşdırmağa çalışırlar. Küsdükləri şəxslərlə barışır, mebellərini təmir edir, yenisini alırlar. Kolumbiya küçələrində Yeni ilə bir gün qalmış əllərində əldəqayırma iri oyuncaqları olan çoxsaylı insanlara rast gəlmək olar. Bu oyuncaqlar köhnə ili simvolizə edir. İnsanlar oyuncağa ötən ildə onlara bəxş olunmuş yaxşı şeylərə görə minnətdarlıq edir və köhnə illə vidalaşırlar.

Əgər İtaliyada köhnə ev əşyalarını küçəyə atırlarsa, Argentinada Yeni il gecəsi o qədər də təhlükəli deyil, lakin gözləniliməz “yağış” altına düşmək mümkündür. Ofis işçiləri bu yolla köhnə təqvimlərindən, kağız tullantılardan qurtulurlar.

Braziliyada daYeni ilin gəlişini çox gözəl qarşılayırlar. Çimərliklərə minlərlə şam gətirir, onları yandırır və qum üzərində qoyurlar. Uzunətəkli geyimlərdə əllərində gül dəstələri okeana girən qadınlar ləçəkləri suya atırlar.

Çində Yeni il fənər bayramıdır. Yeni il gecəsi küçə və meydanlarda çoxlu sayda kiçik fənərlər yandırılır. Çinlilər inanırlar ki, fənərlərin işığı şər qüvvələri uzaqlaşdırır. Ölkəmizdə isə yeni il dedikdə bəzənmiş yolka, gecəboyu davam edən şənliklər, bayram sağlıqları və yeni il hədiyyələri, həmçinin Şaxta Baba yada düşür. Şaxta Baba ağ xəzli qırmızı kürk geyinir. O, Qar Qızla birlikdə uşaqlara hədiyyələr gətirir. 

HomeMARAQLIHəftədə 350 pampers dəyişilir (Fotosessiya)
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image