itv.az
Sport News

Martın 19-da paytaxtda ümumxalq şənliyi keçiriləcək (Fotosessiya)

Mart 16 Oxunub 605
Rate this item
(0 votes)

Hər il olduğu kimi, bu il də Novruz bayramı təntənəli şəkildə qeyd olunacaq.

Martın 19-da Dənizkənarı Milli Parkda keçiriləcək tədbir rəngarəngliyi ilə iştirakçılara xoş ovqat bəxş edəcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi ənənəvi bayram tədbiri rəngli görüntüləri, çal-çağırı, bölgələrimizin bar-bərəkətli Novruz sovqatı, el sənətkarlığı nümunələri, zəngin milli mətbəximizin təqdimatı ilə yadda qalacaq.

Qız qalasının yanından başlayıb Dənizkənarı Milli Park boyunca davam edəcək şənliyə son hazırlıq işləri tamamlanmaq üzrədir. Belə ki, martın 16-da ümumxalq şənliyinə hazırlıq işlərinin məşqi keçirilib. Müxtəlif mədəniyyət müəssisələri, incəsənət kollektivləri və ifaçıların qatıldığı məşq prosesini yaxından izləyən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev hazırlıq işləri barədə jurnalistlərə müsahibə verib.

Əvvəlcə Azərbaycan xalqına təbriklərini çatdıran nazir müavini bildirib ki, Novruz bayramına həsr olunan bu şənliyin yüksək səviyyədə baş tutması üçün bütün lazımi işlər görülüb, aparıcı musiqi kollektivləri cəlb olunub, onların hazırlıq səviyyəsi yoxlanılıb: “Hər il olduğu kimi, bu il də xalqımızın ən əziz bayramı – Novruz təntənəli şəkildə qeyd olunacaq. Hazırda Qız qalasının yanından başlayacaq və Dənizkənarı Milli Park boyunca davam edəcək şənliyin son məşqlər gedir. Görülən işlər onu deməyə əsas verir ki, Novruz bayramına həsr edilən bu möhtəşəm tədbir bütün insanların ürəyincə olacaq”.

Sonra Ədalət Vəliyev şənliyin proqramı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, hər il Novruz bayramı Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə yüksək səviyyədə qeyd olunur. Mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, zəngin folklorumuzu, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı həm Bakıda, həm də ölkəmizin bütün bölgələrində geniş qeyd olunacaq. Bahar bayramına rəngarəng proqram hazırlanıb.

Qeyd olunub ki, Novruz şənlikləri martın 19-da İçərişəhərdən, Qız qalası ətrafından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək. Mədəniyyət və Turizm Nazirliyi ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bayram şənliyi Azərbaycan Televiziyası ilə canlı yayımlanacaq. “Tədbirdə ənənəvi “Şərq bazarı” da təşkil ediləcək. Azərbaycanın bölgələrini əhatə edən milli mətbəx nümunələri, həmçinin ölkəmizin müxtəlif rayonlarının kənd təsərrüfatı məhsulları, bayram adət-ənənələri nümayiş olunacaq, xalq tətbiqi sənət nümunələri sərgilənəcək. Eyni zamanda, muğam ifaçıları və aşıqlar ayrı-ayrı səhnələrdə çıxış edəcəklər. Bayramın personajlarına gəlincə, ənənəvi olaraq şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı iştirakçıları salamlayacaq. Kosa və Keçəllə bağlı səhnə, qaravəllilərdə və xalq dastanlarında olan qəhrəmanların, nağıl obrazlarının bir araya gəlməsi mərasimə xüsusi ovqat gətirəcək. Teatrların aktyorları, o cümlədən Kukla Teatrının bütün kollektivi həm kukla obrazlarında, həm də xalq nağılları qəhrəmanlarının obrazlarında şənlikdə iştirak edəcəklər. Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivi, digər mahnı və xalq çalğı alətləri kollektivləri, rəqs qrupu, Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri də bayrama rəng qatacaqlar. Eyni zamanda, idmanın müxtəlif növləri də stendlərdə nümayiş olunacaq. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi də Novruz şənliyinin təşkil olunmasında yaxından iştirak edir. “Şərq bazarı”nda bütün rayonlarımız iştirak edəcək”, - deyə nazir müavini deyib.

 

 

 

HomeMƏDƏNİYYƏT"Vaqif" Poeziya bayramı keçirilib
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image