itv.az
Sport News

Kriştiano Ronaldo 2016-cı ilin ən yaxşı futbolçusu seçilib

Yan 10 Oxunub 1320
Rate this item
(0 votes)

Bu gün FİFA-nın mənzil-qərargahının yerləşdiyi Sürix şəhərində “Best FIFA Football Awards 2016” çərçivəsində ötən il üçün planetin ən yaxşı futbolçusunun adı açıqlanıb.

 

FİFA versiyası üzrə “2016-cı ilin ən yaxşı futbolçusu” adına əsas favoritlər sırasında “Real Madrid“ klubunun hücumçusu Kriştiano Ronaldo, “Barselona“ klubunun yarımmüdafiəçisi Lionel Messi və “Atletiko Madrid“ klubunun şərəfini qoruyan Antuan Qrizmannın adı öndə olub. Ötən il “Real Madrid“ klubu ilə Çempionlar Liqasını qazanan və futbol üzrə Avropa çempionu olan Kriştiano Ronaldo “2016-cı ilin ən yaxşı futbolçusu” adına layiq görülüb.

“Dünyanın ən yaxşı qadın futbolçusu” nominasiyasında mükafat ABŞ-ın “Hyuston” klubunun oyunçusu Çarli Lloyda təqdim olunub.

“Ən yaxşı baş məşqçi“ nominasiyasında mübarizə Klaudio Ranieri (“Leyçester Siti“ klubunun baş məşqçisi), Fernando Santoş (Portuqaliyanın milli komandasının baş məşqçisi) və Zinəddin Zidan (“Real Madrid“ klubunun baş məşqçisi) arasında olub. “Leyçester Siti“ klubunu gözlənilməz şəkildə İngiltərə çempionluğunu qazandıran Klaudio Ranieri bu mötəbər mükafata layiq görülüb.

Qadınlar arasında “ötən ilin ən yaxşı məşqçisi” adına qadınlar üzrə Almaniya yığma komandasının baş məşqçisi Silvia Nayd layiq görülüb.

Mükafatlandırma mərasimində, həmçinin rəmzi olaraq 2016-cı ilin ən yaxşı futbolçularından ibarət dünya yığması – FİFPro təqdim edilib. Həmin komandanın tərkibi belə olub: Manuel Noyer (qapıçı), Dani Alveş, Jerar Pike, Serco Ramos, Marselo (müdafiəçi), Luka Modriç, Toni Kroos, Andres İniesta (yarımmüdafiəçi) və Lionel Messi, Luis Suares, Kristiano Ronaldo (hücumçu).

2016-cı ilin ən gözəl qolunun müəllifinə verilən “FİFA Puşkaş mükafatı”nı isə Mohd Faiz Subri (Malayziya, “Penanq” klubu) qazanıb.

“FİFA Feyr-pley mükafatı”nın sahibi isə Kolumbiyanın Medellin şəhərinin “Atletiko Nasional“ klubu olub. “Cənubi Amerika Kuboku“nun finalında görüşməli olduğu Braziliyanın “Şapokoenze“ klubunun oyunçuları təyyarə qəzası keçirdikdən sonra “Atletiko Nasional“ kubokdan rəqib komandanın xeyrinə imtina edib.

Planetin ən yaxşı futbolçusu və baş məşqçisinin seçilməsi də baş tutub. Ötən il noyabrın 4-dən 22-dək aparılan səsvermədə dünyanın bütün milli komandalarının kapitanları, baş məşqçiləri, futbol azarkeşləri və seçilmiş media nümayəndələri (hər bir qrup müvafiq olaraq səslərin 25 faizi olmaqla) iştirak ediblər. FİFA-nın təşkil etdiyi və ilk dəfə keçirilən “Ən yaxşılar“ mükafatı “Qızıl top“ mükafatına alternativ kimi dəyərləndirilir.

HomeİDMANCüdoçumuz Elmar Qasımov “Rio-2016”da gümüş medal qazanıb (Fotosessiya)
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image