itv.az
Sport News

Bakıda AFFA-nın XXIV konfransı keçirilib (Fotosessiya)

Mart 15 Oxunub 609
Rate this item
(0 votes)

Martın 15-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti – XXIV hesabat konfransı keçirilib.

 

AFFA-nın prezidenti Rövnəq Abdullayev konfransı açaraq ötən il ərzində ölkə futbolunun inkişafı məqsədilə qurum tərəfindən həyata keçirilən tədbirlərdən danışıb, görülən işlərin müsbət nəticələr verdiyini qeyd edib. Bildirib ki, ötən il Azərbaycan U-17 Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edib. Futbol üzrə milli komandamız dünya çempionatının seçmə mərhələsinə uğurla başlayıb. “Qarabağ” və “Qəbələ” klubları avrokuboklarda azarkeşlərə xoş anlar yaşadıblar. Həmçinin “Avro-2020”nin bir neçə oyununa ev sahibliyi edəcək Bakının loqosu artıq təqdim olunub.

R.Abdullayev deyib ki, Bakının 2019-cu ildə UEFA Çempionlar Liqası və Avropa Liqası yarışlarının final oyununa ev sahibliyi etmək üçün namizədliyi irəli sürülüb. Ölkəmizin irimiqyaslı tədbirlərə yüksək səviyyədə təşkili istiqamətində böyük təcrübəsi var.

AFFA-nın ötən il ərzindəki fəaliyyəti haqqında videoçarxın nümayişindən sonra Assosiasiyanın baş katibi Elxan Məmmədov qurumun fəaliyyətinə dair geniş hesabat məruzəsi ilə çıxış edib.

AFFA-nın marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyevin və könüllülük proqramının direktoru Vüqar Rüstəmlinin çıxışlarından sonra AFFA-nın tərəfdaşlarından olan “UNICEF Azerbaijan”ın rəhbərinin müavini xanım Min Yuan çıxış edib. O, AFFA ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən ətraflı danışıb.

Sonra yeni hazırlanmış sosial xarakterli videoçarx nümayiş etdirilib. 

AFFA-nın baş mühasibi Xalid Cavadov 2016-cı ilin maliyyə hesabatını təqdim edib. Daha sonra müstəqil audit təşkilatının nümayəndəsi Ülvi Həsənovun hesabatı dinlənilib.

Çıxışlar başa çatdıqdan sonra Elxan Məmmədov bildirib ki, Sahə Futbol Federasiyaları İctimai Birliyi Nizamnaməyə uyğun olaraq, AFFA-nın İcraiyyə Komitəsində iki üzvlə təmsil olunmalıdır. Ötən konfransda İcraiyyə Komitəsinin üzvü seçilən Mirkamil Rəhimov dünyasını dəyişdiyi üçün Sahə Futbol Federasiyaları İctimai Birliyinin İcraiyyə Komitəsində bir üzvlə təmsil olunması nəzərə alınaraq, həmin vakant yerə seçki keçiriləcək.

İcraiyyə Komitəsi üzvlüyünə bir nəfərin – Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun namizədliyi irəli sürüldüyü üçün seçki açıq səsvermə yolu ilə keçirilib. Səsvermə nəticəsində Zaur Axundov AFFA-nın İcraiyyə Komitəsinin üzvü seçilib.

 

 

HomeİDMAN
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image