İKT sahəsində Strateji Yol Xəritəsi açıqlanıb

Dek 30 Oxunub 867
Rate this item
(0 votes)

Biznes fəaliyyətində texnologiyanın tətbiqi imkanlarını araşdırmaq məqsədilə işçi qrup yaradılacaq.

Bu barədə “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunur. “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilir ki, biznes fəaliyyətində texnologiyanın tətbiqi imkanlarını araşdırmaq məqsədilə işçi qrup yaradılacaq. Bu qrupun tərkibinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, yaradılması nəzərdə tutulan Kiçik və Orta Sahibkarlıq (KOS) agentliyi, ticarət assosiasiyaları və zərurət yaranacağı təqdirdə, digər özəl təşkilatların nümayəndələri daxil olacaq. Qrupun iş planı, idarəetmə və əməliyyat modeli, fəaliyyətinin maliyyələşdirilməsi və büdcəsinin idarə edilməsi mexanizmi müəyyən ediləcək. Azərbaycanda fəaliyyət göstərən müəssisələrin rəqəmsal mühitə çevik və effektiv keçidini təmin etmək üçün “rəqəmsal keçid planı”nın hazırlanması və yerli rəqəmsal infrastrukturun inkişaf etdirilməsi işçi qrupun əsas fəaliyyət istiqamətlərini təşkil edəcək.

Bununla yanaşı, Azərbaycanda rəqəmsal texnologiyanı biznes fəaliyyətində uğurla tətbiq etmiş biznes subyektlərinin təcrübələrinin digər sahibkarlarla bölüşdürülməsi və bilik mübadiləsinə şərait yaradılması işçi qrupun fəaliyyət istiqamətlərinə daxil olacaq. İşçi qrup tərəfindən irəli sürülmüş planların və tədbirlərin tələb olunan səviyyədə həyata keçirilməsinə nəzarət etmək məqsədilə müvafiq indikatorlar hazırlanacaq və işçi qrupun fəaliyyətinə effektiv nəzarət üsulları tətbiq ediləcək.

2025-ci ildən sonrakı dövrdə gündəlik həyatda istifadə olunan xidmətlərin geniş tətbiqi nəticəsində regionun aparıcı texnologiyaəsaslı ölkəsinə çevrilmək əsas prioritetlərdən biri kimi qarşıya qoyulub. Bu məqsədlə ölkədə geniş əhatə dairəsinə malik yüksəksürətli genişzolaqlı infrastrukturun inkişafı planlaşdırılır. Eyni zamanda, rabitə əlaqələrinin inkişafı, dayanıqlı telekommunikasiya infrastrukturunun formalaşdırılması, internetdən istifadənin genişləndirilməsi və özəl sektorun iştirakına təkan verilməsi məqsədilə normativ hüquqi baza təkmilləşdiriləcək. Belə ki, şəffaf və səmərəli milli tezlik bölgüsünün aparılması, milli tezlik spektrinin effektiv idarə edilməsi, bazar subyektləri arasında münasibətlərin səmərəli təşkili və rəqabət mühitinin daha da artırılması, telekommunikasiya sektoruna investisiya qoyuluşlarının stimullaşdırılması, xidmət keyfiyyətinə nəzarət edilməsi və istehlakçıların maraqlarının qorunması kimi məsələləri tənzimləyəcək qurumun yaradılması məsələsinə baxılacaq. Ölkənin tranzit informasiya məkanına çevrilməsi və Azərbaycan Respublikasının ərazisindən keçməklə Şərqlə Qərb arasında informasiya axınının təmin edilməsi məqsədilə “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdiriləcək. 2020-ci ilədək olan dövr üçün strateji hədəfə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 235 milyon manat artacağı və 1450 yeni iş yerinin yaranacağı proqnozlaşdırılır. Bu təsirin reallaşdırılması üçün Azərbaycana potensial olaraq 585 milyon manat investisiya qoyuluşu tələb olunur. Bu da dövlət-özəl tərəfdaşlığı hesabına təmin ediləcək.

HomeELM VƏ TEXNOLOGİYAƏziz Əliyevin 120 illik yubileyinə həsr olunan konfrans keçirilib
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image