itv.az
Sport News

Dənizkənarı Milli Park ərazisində “İctimai internet” şəbəkəsi istifadəyə verilib (Fotosessiya)

Mart 19 Oxunub 676
Rate this item
(0 votes)

Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən həyata keçirilən, əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai internet” şəbəkəsi istifadəyə verilib.

Artıq bu gündən etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərində pulsuz internetdən istifadə edə bilərlər.

Bu münasibətlə keçirilən mərasimində “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti Marko Fu bildirib ki, artıq “Huawei” ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında strateji tərəfdaşlıq münasibətləri formalaşıb. Novruz bayramı ərəfəsində təqdim olunan “İctimai Wi-Fi” da həmin tərəfdaşlıq münasibətlərinin ilk layihəsidir. Hazırda birgə reallaşdırılan “İctimai Wi-Fi” layihəsi Azərbaycana gələn turistlərin rahatlığı, turist axınının daha da artırılması məqsədini daşıyır. “İctimai Wi-Fi” layihəsi əslində “Ağıllı şəhər” layihəsinin başlanğıcıdır. “Huawei” şirkətinin məqsədi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə “Ağıllı şəhər”in formalaşdırılması işlərində dəstək göstərməkdir. Biz gələcəkdə “Ağıllı şəhər” həllərinin Bakı şəhərində və hətta regionlarda tətbiqinə öz dəstəyimizi göstərəcəyik.

Marko Fu, həmçinin vurğulayıb ki, Azərbaycanın “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” sənədləri mövcuddur. “Huawei” şirkəti də Azərbaycanın İKT strategiyasının həyata keçirilməsinə öz töhfəsini verməyə çalışır. Məqsədimiz Azərbaycanın regional İKT mərkəzinə çevrilməsinə töhfə verməkdir.

BTRİB-in mətbuat xidmətinin rəhbəri Nuranə Əliyeva bildirib ki, Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərinin ictimai internetlə təchiz olunması üçün Çinin “Huawei” şirkəti tərəfindən zəruri avadanlıqla (Access Point) təmin edilib. Həmin ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir. Tezliklə Dənizkənarı Milli Parkın “Ağ şəhər” ərazisi də “İctimai internet” şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.

Qeyd edilib ki, layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri, eləcə də risklər nəzərə alınaraq proqram təminatı və şəbəkə yerli və beynəlxalq mütəxəssislər tərəfindən test edilib.

Bundan başqa, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi də pulsuz internetlə təchiz edilib. Çinin “ZTE” şirkətinə məxsus avadanlıqlarla burada 33 qoşulma nöqtəsi yaradılıb ki, bu da 2 mindən çox insana xidmət imkanı verir.

Qeyd edək ki, xüsusi yanaşma tələb edən memarlıq abidələrinin ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərtilə xüsusi həssaslıqla görülüb.

Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanmasını və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti də beynəlxalq standartlara əsasən müəyyənləşdirilib.

Diqqətə çatdırılıb ki, ilin sonunadək bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulur. Bununla yanaşı, Heydər Əliyev Mərkəzinin parkında bu istiqamətdə işlər həyata keçiriləcək.

HomeELM VƏ TEXNOLOGİYA“Uşaq hüquqları haqqında” qanuna dəyişikliklər müzakirə olunub
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image