itv.az
Sport News

HAQQIMIZDA

İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMLARI ŞİRKƏTİ

 

 

A Ç I Q   T E N D E R   E L A N   E D İ R

 

Tender 3 lot üzrə keçirilir:

Lot-1. Kompyuter avadanlıqlarına illik texniki xidmət işlərinin satınalınması.

Lot-2. Generatorların illik servis xidmətinin  satınalınması.             

Lot-3. 1ədəd 80 KVA və 2ədəd 250 KVA kəsintisiz qida mənbəyinin illik servis xidmətlərininvə ehtiyyat hissələrinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat  iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal raonu, Şərifzadə 241 ünvanından ala bilərlər.

Hesab:

AZ40AZER000021477206AZN38050

VÖEN

2000435761

Bank:

Dəmirbank ASC Əməliyyat İdarəsi filialı  

Kodu:

508308

VÖEN:

900001471

M/H:

AZ85NABZ013501000000000011944

S.W.İ.F.T:

АZЕR АZ 22

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı  30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və  digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafıq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifı və bank zəmanəti istisna olmaqla) 26 aprel 2017-ci il saat 11.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 04 may 2017-ci il saat 11.00-a qədər Bakı şəhəri, Yasamal raonu, Şərifzadə 241 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 05 may 2017-ci il  saat 11.00-da Bakı şəhəri, Yasamal raonu, Şərifzadə 241 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Elşən Telman oğlu Səfərov

Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Müxtəlif Komitə və Nazirliklərdə məsul vəzifələrdə çalışıb. "Azərbaycan Televiziya və Radio Verlişləri" QSC-də sədrin köməkçisi, Radionun və televiziyanın baş proqram direktorluqlarında direktor müavini, İctimai Televiziya və Radio Yayımları Şirkətinin  Radio proqram direktoru işləyib.

İTRYŞ-nin İlk Həmkarlar İttifaqı Komitəsinin sədridir.

HİSTORY

Mart 31

Our history

On a cold February night, 1956 Azerbaijani people witnessed a new miracle which was called "miracle box" during many years. The people were not accustomed to using the name "television" then. Besides, many people were unaware of the etymology of the words "tele" and "video" mixed of Latin and Greek origin, meaning "far sight".

Many years would pass and television would become commonplace. Then the number of TV channels would increase and the establishment of one more television would become a social need and only then it would be possible to build a democratic society.  

After the collapse of the Soviet Union in 1991 Azerbaijan restored its independence and showed to the world that it is on the way towards democracy. After great forerunner Haydar Aliyev came to power, stability was restored in the country in its hard transitional period and key elements needed for a democratic society appeared.   

In order to ensure the freedom of the press in Azerbaijan, a new law on Mass Media was developed and adopted. And opening of a new democratic institution- the public television became more important for Azerbaijan. After long discussions a law on public television and radio broadcasting was approved.  

On November 5, 2004 President Ilham Aliyev issued a decree on law of the Republic of Azerbaijan on public television and radio broadcasting, it was the expression of people's wishes and will. After the establishment of such legal basis meeting international standards, Public Television and Radio Broadcasting Company was created in Azerbaijan. President Ilham Aliyev, as the architect of realization of this democratic idea, pressed the symbolic button of the television and one more time demonstrated to the world Azerbaijan's adherence to the principles of democracy, pluralism, freedom of speech and freedom of the press. This unprecedented event would enter into the history on August 29, 2005.

Today, public broadcasting is operated in the many countries in the world. However, not all democratic countries have public televisions. Though Azerbaijan's independence was less than 15 years old, the country agreed to establish such a democratic institution which showed the position of the government about the freedom of speech and the freedom of the press in the country.

The Public Television, which is regarded today one the main attributes of democratic society in Azerbaijan was founded in 2005, relying on the international experience, in a classic style, at the initiative of the government.    

There are different kinds of public service broadcastings in the world, but they have four common principles.

 

 The first, all public broadcasts are based on the special legislation that was adopted on September, 2004.

The second, any public service is controlled by the society through corresponding collegial institutions, in accordance with the law of the Republic of Azerbaijan on Public Television and Radio Broadcasting. In order to express the interests of different social groups, a Broadcasting Council consisting of members from Azerbaijan Trade Union Confederation, National Academy of Sciences, Press Council, Youth Organizations, Woman Societies, Sport Federations, Religious Confessions and Creative Organizations was created in accordance with the law on public television. Members of the Council were approved by the Azerbaijani Parliament after long-awaited discussions.   

Members of the Council are representing different sectors of the society including public organizations. So, the society as a whole takes control over the public broadcasting service.

Financing of all public broadcasters in the world is very important. Financing of the Public Television of Azerbaijan is also regulated by the legislation, and prevents the channel from falling under commercial influence and helps to implement transparent funding.

The last principle is that the public broadcaster's concept and program policy should be based on unbiased and impartial information and ensures the interests of the population. 

The Public Television is operated based on the legislation of Azerbaijan and the above-mentioned four key principles. It is demanded by the international experience about public broadcasting, by legislation of Azerbaijan, by Azerbaijani audience and people. According to the legislation of the Azerbaijan Republic, one of main principles of public  broadcasting service is to provide impartial and unbiased information to the public. The Public Television adheres to this principle.

The public broadcaster informs the public, not expresses attitude towards it.

"Jarchi" news provides immediate, impartial, unbiased and accurate information covering not only Azerbaijan, but also the whole world. Russian version of Jarchi news is popular as well. 

Azerbaijanis have got accustomed to wake up with the program "Yeni Gun". This 6-day live program broadcasts nearly 3 hours. It targets the people getting ready for work. 

The Public Television strictly works with principles of plurality and tolerance and remains aside open political interests which are demanded by legislation.

No political impartiality and propagation is allowed on public broadcasting programs. In accordance with the principles of pluralism and tolerance, different views, problems, comments and analytical analyses are put into discussion, based on alternative ways.     

In accordance with the principle of partial impartiality, parliamentary and presidential election debates are broadcast via this channel. The people can get informed about essence of political platforms through the Public Television.   

Over the past years the television has formed its own traditions, objective standards on election campaign. Both the society and international organizations are pleased by these standards.

The Public Television intends to organize as fair and democratic election campaign on this October, as it was before.  

Ortaq Məxrəc"(Middle Ground) talk show discusses the important themes interested by the society. The program is focused on all themes from moral and national values to the positive and negative sides of up-to-date social networks. The show brings together experts from different fields and those who want to join the debate. 

 

 

 

 

The talk show "Open lesson" has become the brand of the public television. The discussions focus around the most important directions of the modern education and key issues of public concern.
Video clips describing those who achieved high scores during entrance examinations organized by State Student Admission Commission over many years raises interest among public, and these talented youth are presented as role models for the society.

 

 

 

Unlike those "heroes" of most crime stories covered by most TV channels, successful youth can penetrate into mind and make best changes. 
It is no secret that today one of the biggest parts of the television broadcasting networks is the commercials which mostly prevents the television making lucrative shows promoting patriotism, history, culture and various spheres of art. The Public Television is entrusted to fill the gap in this field. That is why the channel broadcasts special programs about different spheres of culture and art and glorious pages of Azerbaijani history.

 

 

Series of programs such as  "Songs of the last century", "Short history of a song", "Baku time", "Baku secrets" sheds a new light on less studied parts of our culture and history.  

The channel has its own concept of culture. It is regarded that there are some parts of the Azerbaijani culture that should be studied and presented to the public from time to time. According to the law of the Republic of Azerbaijan on Public Television and Radio Broadcasting, programs shall express national-cultural values, national customs and traditions, all features of culture and art.

As a result of attention to the art and culture, prominent figures travelling Azerbaijan from different countries are invited to the the program "Guests of Baku". The program also focuses on universal ideas and the role of culture and art in the global world. 

625 PAL - B/G

SMPTE 259M/272M

DVB-T  MPEG4

"Ekran" İstirahət Mərkəzi

Fotosessiya

Ekran ailəvi istirahət zonası 2007-ci ildə tikilib və istifadəyə verilib. İstirahət üçün 20 kottec, mini futbol meydançası, hovuz, restoran, süni göl var. Burada eyni vaxtda 80 nəfər istirahət edə bilər. Hər yay ümumilikdə 800 nəfər istirahət edir. Səhər yeməyi İctimai Teleradionun Həmkarlar İttifaqı Komitəsi tərəfindən ödənilir.

Quliyev Cəmil Elşad oğlu

Cəmil Elşad oğlu Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub.

1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ Xalq Artistləri A. Alov və V. Naumovun emalatxanası) bitirib.

1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib.

1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1998- 2006-cı illərdə həmin Universitetin “Kino və televiziya sənəti” kafedrasının müdiri və dosenti olub. Hal hazırda da həmin Universitetin professorudur.

 

2000-2005-ci illərdə Beynəlxalq Audiovizual Festivalın direktoru vəzifəsində çalışıb.

2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011-2013-cü illərdə Mədəniyyət kanalının baş direktoru olub.

- 1990-cı ildən Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının

- 1996-cı ildən Azərbaycan Jurnalistlər İttifaqının

- 2009-cü ildən Beynəlxalq Muzeylər Şurasının

- 2010-cu ildən Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür.

Cəmil Quliyev 1998-ci ildə “Humay” mükafatına, 2005-ci ildə Azərbaycanın Əməkdar İncəsənət Xadimi fəxri adına, 2010-cu ildə “Zirvə” mükafatına, 2013-cü ildə Azərbaycanın fəxri mədəniyyət işçisi adına layiq görülüb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, 2013-cü il aprel ayının 23-dən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorudur.

Qanun

Dek 16

İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

I fəsil
Ümumi müddəalar

Maddə 1. İctimai televiziya və radio yayımının məqsədi
İctimai televiziya və radio yayımının məqsədi Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.

Maddə 2. İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, bu qanunun tələblərinə uyğun olaraq hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu qanundan fərqli qaydalar müəyyənləşdirilərsə, həmin beynəlxalq hüquq normaları tətbiq olunur.

Maddə 3. İctimai yayım xidmətinin prinsipləri
3.0. İctimai yayım xidməti aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:
3.0.1. müstəqillik;
3.0.2. informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü;
3.0.3. plüralizm və dözümlülük;
3.0.4. açıq siyasi maraqlardan uzaqlaşma;
3.0.5. ümumi maraqların uzlaşdırılması və təmin edilməsi;
3.0.6. milli özünüdərkin inkişaf etdirilməsi;
3.0.7. universallıq;
3.0.8. rəngarənglik;
3.0.9. başqalarından fərqlənmə.

II fəsil
İctimai yayım xidmətinin təşkili

Maddə 4. İctimai yayımçının hüquqi statusu
4.1. İctimai yayımçı kənar müdaxilə olmadan müstəqil fəaliyyət göstərən hüquqi şəxsdir.
4.2. İctimai yayımçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir, bu əmlakdan yalnız ictimai yayımın məqsədləri üçün istifadə edə bilər.
4.3. İctimai yayımçı əmlakdan səmərəli istifadə olunmasına nəzarət edir, onun qorunmasına məsuliyyət daşıyır.
4.4. İctimai yayımçının əmlakı özəlləşdirilə, girov qoyula, yaxud bu qanunla müəyyənləşdirilmiş hallardan başqa, satıla bilməz.
4.5. İctimai yayımçının əmlakı yalnız yeniləşdirilmək və genişləndirilmək məqsədi ilə satıla bilər.
4.6. İctimai yayımçı verilişlərinin forma və məzmununu özü müəyyən edir və yayımladığı proqramlar üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.
4.7. İctimai yayımçının adı - İctimai Televiziya və Radio Yayımları Şirkətidir.
4.8. İctimai Televiziya və Radio Yayımları Şirkəti bu qanun, "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının qanunları və bu qanunun tələblərinə uyğun şəkildə hazırlanıb Yayım şurası tərəfindən təsdiq olunan Nizamnamə əsasında fəaliyyət göstərir.

Maddə 5. İctimai yayım fəaliyyətinə lisenziya verilməsi və tezliklərin ayrılması
İctimai yayım fəaliyyətinə dövlət tərəfindən müddətsiz və ödənişsiz lisenziya verilir və tezlik ayrılır.

Maddə 6. İctimai yayımçının hüquqları
6.0. İctimai yayımçının aşağıdakı hüquqları vardır:
6.0.1. özünün yayım xidmətlərini yaratmaq;
6.0.2. əhalinin ümumi maraqlarını əhatə edən proqramlar (verilişlər) hazırlamaq, bədii, sənədli, cizgi filmləri, habelə seriallar çəkmək, onları yayımlamaq, audio və video yazılarını çoxaltmaq, satmaq və ya icarəyə vermək;
6.0.3. reklam fəaliyyəti ilə məşğul olmaq;
6.0.4. ölkə ərazisində və xaricdə özünün müxbir məntəqələrini, filial və nümayəndəliklərini açmaq;
6.0.5. teleradio yayımı ilə bağlı istənilən mətbu nəşrin təsisçisi olmaq;
6.0.6. öz verilişlərinin proqramını dərc etmək və ya bu hüququ üçüncü şəxsə vermək;
6.0.7. özünün ötürücü qurğular şəbəkəsindən istifadə etmək, bu funksiyanı digər subyektə həvalə etmək və ya ötürücü qurğular şəbəkəsini icarəyə vermək;
6.0.8. proqramlarını peyk rabitəsi, kabel şəbəkəsi, yaxud digər yerüstü texniki qurğular vasitəsilə ölkənin bütün ərazisinə ötürmək;
6.0.9. əlavə informasiya, internet və digər yayım xidmətləri, yaxud texnologiyanın ən yeni sahələrində fəaliyyət göstərmək;
6.0.10. özünün arxiv materiallarını ölkədaxili yayımçılara və ya yayımdankənar subyektlərə icarəyə vermək;
6.0.11. əlavə və ya tamamlayıcı xidmətlər, o cümlədən xarici dillərdə informasiya xidməti göstərmək üçün üçüncü şəxslərlə əməkdaşlıq etmək, yaxud üçüncü şəxsin bu sahəyə ayırdığı nizamnamə kapitalındakı payını əldə etmək;
6.0.12. nizamnamə vəzifələrini yerinə yetirmək üçün zəruri olan və qanunla qadağan edilməyən digər fəaliyyətlə məşğul olmaq.

Maddə 7. İctimai yayımçının vəzifələri
7.0. İctimai yayımçının vəzifələri aşağıdakılardır:
7.0.1. ölkədə və dünyada baş verən mühüm hadisələr, dövlət orqanlarının, bələdiyyələrin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və kommersiya təşkilatlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun həyata keçirilməsi;
7.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirən maarifləndirici, məlumatlandırıcı və əyləndirici proqramlar vasitəsilə vətəndaşların maraqlarının təmin olunması;
7.0.3. Azərbaycan və dünya müəlliflərinin əsərləri üzrə yüksək sənətkarlıq nümunəsi olan tamaşaların, bədii, sənədli və cizgi filmlərinin, serialların, incəsənət əsərlərinin, mühüm tarixi və mədəni tədbirlərin lentə alınması və gələcək nəsillər üçün ictimai yayımçının qızıl fondunda saxlanması;
7.0.4. hazırlanıb efirə verilən proqramlarda vətəndaşların öz fikirlərini bildirməsi üçün bərabər imkanlar yaradılması;
7.0.5. vətəndaşların cavabvermə hüququnun təmin edilməsi;
7.0.6. informasiyanın tərəfsizliyinin, qərəzsizliyinin və doğru-dürüstlüyünün təmin edilməsi;
7.0.7. pornoqrafik materialların, zorakılığı, qəddarlığı, dini və irqi ayrı-seçkiliyi təbliğ edən proqramların yayımlanmaması;
7.0.8. vətəndaşların şəxsi həyatına, şərəf və ləyaqətinə hörmətlə yanaşılması;
7.0.9. yayım zamanı peşə etikasına riayət olunması.

Maddə 8. İctimai yayım xidmətlərində kadrların seçilməsi və əmək müqavilələrinin bağlanması
8.1. İctimai yayım xidmətlərinin rəhbərləri, baş redaktorlar, baş rejissorlar müsabiqə əsasında seçilir, Yayım şurası tərəfindən sadə səs çoxluğu ilə təsdiq olunurlar.
8.2. Müsabiqə komissiyasının yaradılması və müsabiqənin keçirilməsi qaydaları, əmək müqaviləsinin şərtləri qanunvericiliyə uyğun olaraq baş direktor tərəfindən hazırlanıb təsdiq edilir.
8.3. Yayım şurası müsabiqə əsasında seçilmiş yayım xidmətlərinin rəhbərlərini təsdiq etmədikdə bu qanunun
8.1-ci maddəsində göstərilən qaydada yeni namizədlər seçilir. Əgər Yayım şurası seçilmiş namizədləri ikinci dəfə təsdiq etməzsə, baş direktor həmin namizədləri birbaşa təyin edə bilər.
8.4. İctimai yayım xidmətində işə götürülən, irəli çəkilən və ya ictimai yayımın başqa xidmətlərində daha yüksək vəzifəyə təyin olunan kadrlara irqinə, cinsinə, dini mənsubiyyətinə, yaxud siyasi baxışlarına görə məhdudiyyət qoyula bilməz.
8.5. İşçi öz vəzifəsindən şəxsi məqsədlər üçün, yaxud siyasi partiyaların, kommersiya və digər təşkilatların məqsədləri üçün istifadə edə bilməz.
8.6. İşçi ictimai yayımçının razılığı olmadan dövlət orqanlarından, kommersiya qurumlarından və digər təşkilatlardan təlimat ala, onların tapşırığını yerinə yetirə bilməz.

Maddə 9. İctimai yayım sənədlərinin saxlanması
9.1. İctimai teleradio verilişlərinin materialları (lent yazıları, əlyazmaları, məktublar, qoşma sənədlər) televiziya və radio yayımı haqqında qanunvericiliklə müəyyənləşdirilmiş qaydada və müddətdə saxlanılır.
9.2. İctimai yayımçı:
9.2.1. daxili tənzimləyici sənədləri;
9.2.2. əmlak üzərində hüquqlarını təsdiq edən sənədləri;
9.2.3. Yayım şurasının və Direktorlar şurasının iclaslarının protokollarını;
9.2.4. Baş direktorun əmr və sərəncamlarını;
9.2.5. təftiş və audit yoxlamalarının nəticəsi barədə aktları və arayışları;
9.2.6. işçilərlə bağlanmış əmək müqavilələrini;
9.2.7. mühasibat sənədlərini;
9.2.8. bank, maliyyə və məhkəmə sənədlərini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə saxlayır.

Maddə 10. İctimai yayım fəaliyyətində şəffaflıq
10.1. İctimai yayımçının iqtisadi fəaliyyətinin şəffaflığını təmin etmək məqsədilə cari və ya Yayım şurasının qərarı əsasında fövqəladə audit yoxlamalar keçirilir.
10.2. Təftiş və ya audit yoxlamaların nəticələri kütləvi informasiya vasitələrində dərc olunur.

III fəsil
İctimai yayım proqramları

Maddə 11. İctimai yayım proqramlarında rəsmi məlumatların verilməsi
11.1. İctimai yayımçı rəsmi məlumatları heç bir dəyişiklik etmədən efirə verir. "Rəsmi məlumat" dedikdə insanların həyatı, sağlamlığı və yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə törədən fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət hakimiyyəti orqanlarının verdikləri xəbərlər, habelə cəmiyyətin bilgiləndirilməsi üçün zəruri olan, dövlət hakimiyyəti orqanlarının rəsmi mövqeyini əks etdirən açıqlamalar, bəyanat və məlumatlar başa düşülür.
11.2. İctimai yayımçı rəsmi məlumatların məzmununa görə məsuliyyət daşımır.

Maddə 12. İctimai yayım proqramlarının dili
12.1. İctimai yayım proqramları, bir qayda olaraq, Azərbaycan Respublikasının dövlət dilində yayımlanır. "Proqramların dili" dedikdə qaçan sətirlər (subtitr) və təsviri (mətni) açıqlayan səs başa düşülür.
12.2. Xarici dildə hazırlanan proqramlar, bu dildəki tədris və retranslyasiya edilən proqramlar istisna edilməklə, Azərbaycan dilində subtitrlərlə müşayiət olunur, bədii, sənədli filmlər, çıxışlar və s. Azərbaycan dilinə tərcümə edilir.
12.3. İctimai yayım proqramlarına Azərbaycan Respublikasının ərazisində yaşayan milli azlıqların dillərində verilişlər daxil edilir.

Maddə 13. İctimai yayım proqramlarına verilən tələblər
13.1. İctimai yayımçı bu qanunla müəyyənləşdirilmiş məqsədlərini həyata keçirmək üçün proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə almalıdır.
13.2. Proqramlar milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirməlidir.
13.3. İctimai yayım proqramlarında siyasi baxışların birtərəfli qaydada üstünlüyünə və ya təbliğatına yol verilmir. Plüralizm və dözümlülük prinsipinə uyğun olaraq cəmiyyətdəki müxtəlif nəzər nöqtələri, problemlərə yanaşma, şərhlər və analitik təhlillər alternativ əsaslarla və diskussiya formasında aparılır.
13.4. Yeni və orijinal teleradio məhsullarının yaradılmasına, bədii filmlərin, serialların, teleradio tamaşalarının efirə verilməsinə diqqət artırılmalıdır.
13.5. Dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır.
13.6. Proqramlarda Azərbaycanda istehsal olunan kino, tele, video və radio məhsullarının yayımlanmasına üstünlük verilir.
13.7. Proqramlarda istifadə olunan informasiyaların məzmunu, mənbəyi və ədalətliliyi araşdırılıb dəqiqləşdirilməlidir.
13.8. Xəbərlər proqramında informasiyalar əhatəli, tərəfsiz, qərəzsiz, müstəqil olmalı, cəmiyyətdəki fərqli nöqteyi-nəzərlərə uyğun hazırlanmalı, şərhlər informasiyadan dəqiq şəkildə seçilməlidir.
13.9. İctimai yayım proqramlarında ölkənin digər yayımçılarının proqramlarından ödənişsiz sitat və fraqmentlər gətirilə bilər, bu şərtlə ki, həmin sitat və fraqmentlərin ümumi həcmi 90 saniyədən çox olmasın və təsvirin üstündə emblemi göstərilməklə mənbəyi açıqlansın.

Maddə 14. İctimai yayım zamanı reklama verilən tələblər
14.1. Yayımlanan reklamın xüsusi nişanı olmalı, televiziyada görüntülü, radioda səsli vasitələrlə proqramın başqa hissələrindən birmənalı şəkildə fərqlənməlidir.
14.2. Reklamlar proqramların məzmununa, reklamçılar ictimai yayımçının müstəqilliyinə təsir göstərməməlidirlər. 14.3. Müntəzəm olaraq xəbərlər proqramı, yaxud müasir siyasi mövzularda veriliş aparan şəxslər teleradio reklamlarında çıxış edə bilməzlər.
14.4 “İctimai yayım proqramlarında (verilişlərində) reklam “Reklam haqqında” və “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanır və yayımlanır .”

Maddə 15. İctimai yayım xidmətinə sponsorluq
15.1. Bütövlükdə, yaxud qismən sponsor yardımı ilə hazırlanan verilişlərin əvvəlində və sonunda onların kim tərəfindən maliyyələşdirildiyi açıq diktor mətni, yaxud subtitrlər vasitəsilə elan olunmalıdır. Bağlanmış müqaviləyə uyğun olaraq verilişdə sponsorun elan edilməsi üçün onun emblemini, firma nişanını göstərmək, yaxud digər formalardan istifadə etmək olar.
15.2. Sponsor verilişlərin məzmununa, yerləşdirilməsinə, ictimai yayımçının məsuliyyətinə və müstəqilliyinə təsir göstərə bilməz.
15.3. Sponsorun maliyyə yardımı ilə hazırlanmış verilişlərdə sponsorun və ya üçüncü şəxsin mallarının (xidmətlərinin) alqı-satqısına, yaxud icarəsinə təhrikə yol verilməməlidir.
15.4. Reklamı qadağan olunmuş malların (xidmətlərin) sahiblərinin, yaxud bu malların alqı-satqısını, icarəsini həyata keçirən şəxslərin sponsorluğuna yol verilmir.
15.5. Xəbərlər və müasir siyasi mövzularda hazırlanan proqramlar sponsorluq predmeti ola bilməz.

IV fəsil
İctimai yayım xidmətinin idarə olunması

Maddə 16. İctimai yayımçının səlahiyyətlərinin həyata keçirilməsi
16.1. İctimai yayımçının bu qanunla müəyyən edilən səlahiyyətləri Yayım şurası və baş direktor tərəfindən həyata keçirilir.
16.2. Yayım şurasının üzvləri, baş direktor və onun müavinləri heç bir siyasi partiyanın üzvü ola bilməzlər.

Maddə 17. Yayım şurasının formalaşdırılması
17.1. Yayım şurası proqramların yayımı zamanı Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl edilməsi üzərində nəzarəti həyata keçirən və bu sahədə həlledici qərarlar qəbul etmək səlahiyyətinə malik olan nəzarətedici orqan kimi yaradılır.
17.2. Yayım şurasının üzvlüyünə aşağıdakı təşkilatlar (təşkilatlar qrupu) hər biri ümumi yığıncaqda sadə səs çoxluğu ilə iki namizəd irəli sürür və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edirlər:
17.2.1. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası;
17.2.2. Azərbaycan Milli Elmlər Akademiyası;
17.2.3. Mətbuat Şurası;
17.2.4. Sahibkarlar Şurası;
17.2.5. gənclər təşkilatları;
17.2.6. qadın cəmiyyətləri;
17.2.7. idman federasiyaları;
17.2.8. dini konfessiyalar;
17.2.9. yaradıcılıq təşkilatları.
17.3. Bu qanunun 17.2.5-17.2.9-cu maddələrində göstərilən təşkilatlar qrupu namizəd seçmək üçün hər birindən bərabər sayda nümayəndə olmaqla birgə ümumi yığıncaq keçirir, namizədlər bu yığıncaqda sadə səs çoxluğu ilə seçilirlər. Əgər birgə ümumi yığıncaq vahid namizədlər seçmək üçün razılığa gələ bilməzsə, iştirakçıların hər birindən bir nəfər olmaqla namizədlərin vahid siyahısı tərtib olunur, bu siyahı birgə ümumi yığıncaqda təsdiq edilərək Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir.
17.4. Azərbaycan Respublikasının Milli Məclisi bu qanunun 17.2-ci maddəsində göstərilən təşkilatların (təşkilatlar qrupunun) hərəsindən bir namizəd olmaqla 9 nəfərdən ibarət tərkibdə 17.2.1-17.2.3-cü maddələrdə göstərilən təşkilatların namizədlərini 6 il, 17.2.4-17.2.6-cı maddələrdə göstərilən təşkilatların (təşkilatlar qrupunun) namizədlərini 4 il, 17.2.7-17.2.9-cu maddələrdə göstərilən təşkilatlar qrupunun namizədlərini isə 2 il müddətinə Yayım şurasına üzv seçir.
17.5. Yayım şurasının üzvləri öz aralarından sədr seçirlər.
17.6. Müddəti başa çatmış Yayım şurası üzvlərinin yerinə bu qanunun 17.2-ci maddəsində göstərilən qaydada yeni namizədlər irəli sürülür və bu qanunun 17.4-cü maddəsində göstərilən qaydada 6 il müddətinə təsdiq olunurlar.
17.7. Fəaliyyətinə bu qanunla nəzərdə tutulmuş qaydada vaxtından əvvəl xitam verilən Yayım şurası üzvünün boş qalan yerinə seçim müddəti başa çatanadək təkrar seçki keçirilmir.
17.8. Bu qanunun 17.7-ci maddəsində nəzərdə tutulan hallarda Yayım şurası üzvlərinin sayı 6 nəfərdən az olarsa, o zaman fəaliyyətinə vaxtından əvvəl xitam verilmiş Yayım şurası üzvlərinin boş qalan yerlərinə bu qanunun 17.2-ci və 17.4-cü maddələrində göstərilən qaydada təkrar seçkilər keçirilir.
17.9. İlkin seçim müddəti başa çatmış Yayım şurası üzvlərininin təkrar seçilmək üçün bu qanunun 17.2-ci maddəsinə uyğun şəkildə namizədlikləri irəli sürülə bilər. Yayım şurası üzvünün dalbadal iki dəfə seçilmək hüququ vardır.

Maddə 18. Yayım şurasının üzvlərinə verilən tələblər
18.1 Yayım şurasının üzvləri dövlət orqanlarında və bələdiyyələrdə, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı teleradio yayımında, reklam agentliyində işləyə bilməzlər.
18.2. Yayım şurasının üzvləri onların namizədliyini irəli sürmüş təşkilatların deyil, bütövlükdə cəmiyyətin maraqlarının müdafiəçisi kimi çıxış edirlər.
18.3. Yayım şurasının üzvləri ictimai yayımçının müstəqilliyinə zərər vuran bəyanatlar verə və ya öz vəzifələrindən siyasi, kommersiya, yaxud şəxsi məqsədlər üçün istifadə edə bilməzlər.
18.4. Yayım şurasının üzvləri teleradio, mətbuat, informasiya, mədəniyyət, maliyyə, teletexnika və digər aidiyyəti sahə üzrə iş təcrübəsi olan ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarından seçilir.

Maddə 19. Yayım şurası üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi
19.1. Yayım şurası üzvünün səlahiyyətlərinə yalnız aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:
19.1.1. öz ərizəsi ilə;
19.1.2. Yayım şurasının üzvlüyü ilə bir araya sığmayan vəzifə tutduqda;
19.1.3. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;
19.1.4. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə fəaliyyət qabiliyyətsizliyi, yaxud məhdud fəaliyyət qabiliyyətli olması təsdiq olunduqda, cinayət törətməkdə təqsirli bilindikdə və ya qanunvericiliklə müəyyənləşdirilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə;
19.1.5. Üzrsüz səbəbdən altı ay Yayım şurasının iclaslarında iştirak etmədikdə;
19.1.6. vəzifəsinin öhdəsindən gələ bilmədikdə.
19.2. Yayım şurası öz üzvünü bu qanunun 19.1.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə vəzifədən azad etmək barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırmaq üçün azı altı üzvünün razıılığı ilə qərar qəbul etməlidir.
19.3. Azərbaycan Respublikasının Milli Məclisi Yayım şurasının təsdiq olunmaq üçün təqdim etdiyi qərarı 63 səs çoxluğu ilə rədd edə bilər.

Maddə 20. Yayım şurasının səlahiyyətləri
20.1. Yayım şurasının səlahiyyətləri aşağıdakılardır:
20.1.1. öz reqlamentini müəyyənləşdirir;
20.1.2. Yayım şurası haqqında Əsasnaməni hazırlayıb təsdiq edir;
20.1.3. Baş direktorun seçilməsi və ya vəzifəsinə vaxtından əvvəl xitam verilməsi üçün azı altı üzvünün razılığı ilə qərar qəbul edir;
20.1.4. Baş direktorun təqdimatı ilə onun müavinləri vəzifəyə təyin və ya vəzifədən azad edir;
20.1.5. vəzifə təlimatları və daxili tənzimləyici normalar hazırlayıb qəbul edir;
20.1.6. ictimai yayımçının proqram strategiyasını və siyasətini təsdiq edir;
20.1.7. lazım bildikdə yayımdan sonra proqramların monitorinqini keçirir;
20.1.8. ictimai yayımçının büdcəsini və illik hesabatını təsdiq edir;
20.1.9. ictimai yayımın konsepsiyasını hazırlayır, texniki avadanlıqların və yayımın keyfiyyət standartlarını müəyyənləşdirir;
20.1.10. səbəbini yazılı şəkildə açıqlamaqla proqramlarla bağlı bu qanunun tələblərinin pozulması barədə baş direktora xəbərdarlıq edir və müvafiq tədbirlər görülməsinə dair göstəriş verir;
20.1.11. azı altı üzvünün razılığı ilə Direktorlar şurasının qərarını ləğv edir;
20.1.12. ildə bir dəfə öz fəaliyyəti barədə ictimaiyyətə hesabat verir və bu hesabatı mətbuatda dərc etdirir;
20.1.13. bu qanunla və Yayım şurası haqqında Əsasnamə ilə müəyyənləşdirilmiş digər vəzifələri yerinə yetirir.
20.2. Yayım şurası üzvlərinin Baş direktorun cari fəaliyyətinə hər hansı şəkildə müdaxiləsinə yol verilmir.
20.3. Aşağıdakı hallarda Yayım şurasının razılığı tələb olunur:
20.3.1. televiziya tamaşaçılarının və radio dinləyicilərinin seçim imkanlarını genişləndirmək məqsədi ilə yeni proqram xidmətləri yaradıldıqda;
20.3.2. daşınmaz əmlakın əldə olunması və satılması zamanı;
20.3.3. bank kreditləri alındıqda və maliyyə öhdəlikləri götürüldükdə.
20.4. Yayım şurası ən azı altı ayda bir dəfə iclas keçirir.
20.5. Yayım şurasının sədri və ya üzvlərdən üç nəfərinin tələbi ilə növbədənkənar iclas keçirilə bilər.
20.6. İclaslar üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
20.7. Bu qanunla nəzərdə tutulmuş hallardan başqa, Yayım şurası iştirak edənlərin sadə səs çoxluğu ilə qərarlar qəbul edir. Səslər bərabər olduqda sədr həlledici səs üstünlüyünə malikdir.
20.8. Baş direktor və Direktorlar şurasının üzvləri Yayım şurasının iclaslarında məşvərətçi səslə iştirak etmək hüququna malikdirlər.
20.9. Yayım şurasının üzvlərinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin büdcəsindən ildə bir dəfə Baş direktorun bir aylıq vəzifə maaşı həcmində pul verilir.

Maddə 21. Baş direktor
21.1. Baş direktor ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım şurası tərəfindən 4 il müddətinə seçilir.
21.2. Baş direktor:
21.2.1. proqramların bu qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə uyğun hazırlanmasına nəzarət edir və məsuliyyət daşıyır;
21.2.2. İctimai yayımçının cari fəaliyyətinə rəhbərlik edir;
21.2.3. İctimai yayımçını məhkəmədə, dövlət orqanlarında, xaricdə və beynəlxalq təşkilatlarda təmsil edir;
21.2.4. əmrlər verir, müqavilələr bağlayır, bu sənədlərin tələblərinə əməl olunmasına nəzarət edir;
21.2.5. əmlakın qorunmasına və yalnız ictimai yayımın məqsədləri üçün istifadə olunmasına məsuliyyət daşıyır.
21.3. Baş direktor aşağıdakı məsələlər üzrə müstəqil qərarlar qəbul edir:
21.3.1. verilişlərin yaradıcı ideyası və istehsalı;
21.3.2. verilişlər setkasının işlənməsi;
21.3.3. yayım fəaliyyətinin təşkili, cari məsələlərin həlli;
21.3.4. bu qanunla nəzərdə tutulan hallardan başqa, ictimai yayımçının əmlakı üzərində sahiblik, istifadə və sərəncam verilməsi;
21.3.5. müxbir məntəqələrinin, filial və nümayəndəliklərin yaradılması;
21.3.6. bu qanunla nəzərdə tutulan hallardan başqa, kadrların seçilib işə götürülməsi və idarə olunması;
21.3.7. bu qanunla nəzərdə tutulan hallardan başqa, malların və xidmətlərin alqı-satqısı, icarəsi və istifadə olunması;
21.3.8. bu qanunla nəzərdə tutulan hallardan başqa, əlaqələr qurulması, danışıqlar aparılması və müqavilələr bağlanması;
21.3.9. bu qanunla nəzərdə tutulan hallardan başqa, büdcənin tərtibi və icrası.
21.4. Baş direktor, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Nizamnaməsinə uyğun olaraq, yayım xidmətlərinin rəhbərlərindən ibarət Direktorlar şurası yaradır.
21.5. Baş direktor, Nizamnaməyə uyğun olaraq, Direktorlar şurasına rəhbərlik edir. Baş direktorun müavinləri şurada üzv kimi təmsil olunurlar.
21.6. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ümumi yığıncağında işçilərin arasından sadə səs çoxluğu ilə Direktorlar şurasına ən azı 2 nəfər üzv daxil edilə bilər.
21.7. Direktorlar şurası Nizamnamədə nəzərdə tutulan məsələlər üzrə qərarlar qəbul etmək səlahiyyətinə malikdir.
21.8. Baş direktor aşağıdakı məsələləri Direktorlar şurası ilə razılaşdırmalıdır:
21.8.1. proqram siyasətinin ümumi xəttini və əsas prinsiplərini;
21.8.2. həmkarlar ittifaqı təşkilatları ilə müqavilələri;
21.8.3. büdcənin tərtibini və icrası barədə illik hesabatı;
21.8.4. ictimai yayımçının büdcəsində nəzərdə tutulmayan xərcləri.
21.9. Baş direktorun təkrar seçilmək hüququ vardır.
21.10. Baş direktorun səlahiyyətlərinə yalnız aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:
21.10.1. öz ərizəsi ilə;
21.10.2. elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutduqda;
21.10.3. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;
21.10.4. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə fəaliyyət qabiliyyətsizliyi, yaxud məhdud fəaliyyət qabiliyyətli olması təsdiq olunduqda, cinayət törətməkdə təqsirli bilindikdə və ya qanunvericiliklə müəyyənləşdirilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə;
21.10.5. vəzifəsinin öhdəsindən gələ bilmədikdə.

Maddə 22. İctimai yayımçının fəaliyyətinə hüquqi nəzarət
22.1. İctimai yayımçının fəaliyyətinə hüquqi nəzarət televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir.
22.2. Televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanı bu qanunun tələblərini pozan və ya poza bilən istənilən hərəkət (hərəkətsizlik) barədə ictimai yayım xidmətinin idarəetmə orqanlarına sorğu göndərə və ya qanun pozuntusunun qarşısının alınmasını tələb edə bilər.
22.3. İctimai yayımın idarəetmə orqanları sorğuya qənaətləndirici cavab vermədikdə və ya özlərinin nəzarətedici funksiyalarını yerinə yetirmədikdə televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanı:
22.3.1. daha sərt tədbirlər görülməsini tələb edir və qanun pozuntusunun aradan qaldırılması üçün konkret vaxt müəyyənləşdirir;
22.3.2. məhkəməyə müraciət edir.
22.4. İctimai yayımçının televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanının hərəkətlərindən məhkəməyə şikayət etmək hüququ vardır.
22.5. Bu maddənin tələblərinin yerinə yetirilməsi üçün həyata keçirilən istənilən tədbir ictimai yayımçının informasiya almaq və fikri ifadə etmək hüququnu məhdudlaşdırmamalıdır.


V fəsil
İctimai yayım xidmətinin maliyyələşdirilməsi

Maddə 23. İctimai yayım xidmətinin maliyyə mənbələri
23.1. İctimai yayım xidməti aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
23.1.1. bu qanunla başqa qayda müəyyənləşdirilməyibsə, abonent haqqından daxilolmalar;
23.1.2. sponsor yardımı;
23.1.3. fiziki və hüquqi şəxslərin ianələri;
23.1.4. reklamdan əldə olunan gəlirlər;
23.1.5. audio və audiovizual proqramların satışından daxilolmalar;
23.1.6. öz məhsulu olan serialların, tamaşaların, bədii, sənədli, cizgi və digər filmlərin satışından əldə edilən vəsaitlər;
23.1.7. konsertlərin və şouların təşkilindən daxilolmalar;
23.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr.
23.2. Bu qanunun 23.1.1-ci maddəsi qüvvəyə minənədək, digər mənbələrdən əldə edilən gəlirlər də nəzərə alınmaqla, ictimai yayımın məqsədlərinin həyata keçirilməsi, fasiləsiz fəaliyyəti və perspektivli inkişafı üçün dövlət büdcəsindən hər il artan miqdarda maliyyə vəsaiti ayrılır və bu, dövlət büdcəsində ayrıca sətirdə göstərilir.
23.3. Bu qanunun 23.1.1-ci maddəsi qüvvəyə minəndən sonra da, digər mənbələrdən daxilolmalar nəzərə alınmaqla, ictimai yayımçının perspektivli inkişafı üçün dövlət büdcəsindən ayırmalar davam edir.
23.4. Dövlət büdcəsindən maliyyələşmə dövlət hakimiyyəti orqanlarının ictimai yayıma müdaxiləsi üçün əsas ola bilməz.
23.5. İctimai yayım xidmətinin abonent haqqı hesabına maliyyələşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

VI fəsil
Yekun müddəaları

Maddə 24. Abonentlərin hüquqlarının qorunması
24.1. Hər kəsin ictimai yayımçıya öz irad və təkliflərini bildirmək hüququ vardır.
24.2. Baş direktor daxil olmuş irad və təklifləri araşdırır, lazım gəldikdə tədbirlər görür, görülmüş tədbirlərin nəticələri vaxtlı-vaxtında, lakin 3 aydan gec olmayaraq mətbuatda dərc olunur.
24.3. İctimai yayımçı vətəndaşların yalana barədə təkzib, düzəliş və cavab verilməsi tələblərinə kütləvi informasiya vasitələri haqqında qanunvericiliklə müəyyənləşdirilmiş qaydada əməl edir.
24.4. İctimai yayım zamanı hüququnun pozulması barədə ərizə ilə müraciət edən hər kəs öz vəsaiti hesabına həmin verilişin audio və video surətlərini ala bilər.

Maddə 25. Qanunun müddəalarının pozulmasına görə məsuliyyət
Bu qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 26. Qanunun qüvvəyə minməsi
26.1. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
26.2. Bu qanunun 23.1.1-ci maddəsi 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2009-cü il

Fərman

Dek 16

"İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA" AZƏRBAYCAN
RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
F Ə R M A N I

"İctimai Televiziya və Radio Yayımı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki, İctimai Televiziya və Radio yayımı Azərbaycan Dövlət Televiziyasının 2-ci kanalı və Azərbaycan Dövlət Radiosunun 1-ci kanalı əsasında həyata keçirilir.
2.Azərbaycan Dövlət Televiziyasının 2-ci kanalı və Azərbaycan Dövlət Radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio yayımının Yayım şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilsin.
3. Müəyyən edilsin ki:
3.1. "İctimai Televiziya və Radio Yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2.5-17.2.9-cu maddələrində nəzərdə tutulmuş təşkilatlar qruplarında yayım şurasının üzvlüyünə namizədlərin irəli sürülməsi işinin təşkilini Milli Televiziya və Radio Şurası həyata keçirir;
3.2. Həmin Qanunun 22.1-ci, 22.2-ci, 22.3-cü və 22.4-cü maddələrində nəzərdə tutulmuş "televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanı"nın səlahiyyətlərini Milli Televiziya və Radio Şurası həyata keçirir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
4.1. Qüvvədə olan qanunvericilik aktlarının "İctimai Televiziya və Radio Yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. "İctimai Televiziya və Radio Yayımı haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.4. Bu Fərmanın 2-ci bəndində nəzərdə tutulmuş məqsədlə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə məxsus əmlakın və avadanlığın bölüşdürülməsi üçün komissiya yaratsın və əmlak bölgüsünü təşkil etsin;
4.5. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin statusu və gələcək fəaliyyəti ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.6. Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin maliyyələşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.7. Öz səlahiyyətləri daxilində "İctimai Televiziya və Radio Yayımı haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Azərbaycan Milli Elmlər Akademiyasına, Mətbuat Şurasına, Sahibkarlar Şurasına, gənclər təşkilatlarına, qadın cəmiyyətlərinə, idman federasiyalarına, dini konfessiyalara və yaradıcıq təşkilatlarına tövsiyə edilsin ki, bir ay müddətində Yayım şurasının üzvlüyünə namizədlərin irəli sürülməsini təmin etsinlər.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 2004-cü il

 

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradıcılıq, texniki, təsərrüfat və digər mühüm məsələləri İTRYŞ Direktorlar Şurası tərəfindən müzakirə olunur:

 

Baş direktor: Quliyev Cəmil Elşad oğlu

Cəmil Elşad oğlu Quliyev  1963-cü ildə Bakı şəhərində anadan olub. 
1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ Xalq Artistləri A.Alov və V.Naumovun emalatxanası) bitirib. 
1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib. 
1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1998- 2006-cı illərdə həmin Universitetin “Kino və televiziya sənəti” kafedrasının müdiri və dosenti olub. Hazırda həmin Universitetin professorudur.
2000-2005-ci illərdə Beynəlxalq Audiovizual Festivalın direktoru vəzifəsində çalışıb.
2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011-2013-cü illərdə Mədəniyyət kanalının baş direktoru olub.
-1990-cı ildən Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının
-1996-cı ildən Azərbaycan Jurnalistlər İttifaqının
-2009-cü ildən Beynəlxalq Muzeylər Şurasının
-2010-cu ildən Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür.
Cəmil Quliyev 1998-ci ildə “Humay” mükafatına, 2005-ci ildə Azərbaycanın Əməkdar İncəsənət Xadimi fəxri adına, 2010-cu ildə “Zirvə” mükafatına, 2013-cü ildə Azərbaycanın fəxri mədəniyyət işçisi adına layiq görülüb. 
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, 2013-cü il aprel ayının 23-dən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorudur. 
 

Şaiq Məmməd oğlu Məmmədov

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavinidir. 1980-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Muğanlı kəndində anadan olub. Azərbaycan Dillər Universitetində “Sinxron tərcümə” və Naxçıvan Dövlət Universitetində “Hüquq” ixtisasları üzrə təhsil alıb. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də İctimai-Siyasi Proqramlar Baş Redaksiyasının baş redaktor müavini, Beynəlxalq Proqramlar Baş Redaksiyasının baş redaktoru, ingilis dilində “Həftə” analitik-informasiya proqramının müəllifi və aparıcısı vəzifələrində çalışıb.

"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

 

Nazim Mürsəlov

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor müavinidir. 

Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Əmək fəaliyyətinin son 22 ilini "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də istehsalat və texniki sahələrdə çalışıb. Müxtəlif vaxtlarda sex, şöbə, birlik və kompleks rəisi vəzifələrində işləyib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli sərəncamına əsasən televiziya və radio sahəsində xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

 

Əli Abas Quliyev

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor müavinidir.

M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də müxtəlif vəzifələrdə çalışıb.

 

 

 

 

Zaur Hüseynzadə

İctimai Televiziya və Radio Yayımları Şirkətinin texniki istehsalat birliyinin direktorudur.

Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də EHM operatoru, videoyazı operatoru, studiya rəisinin müavini və studiya rəisi vəzifələrində çalışıb.

 

 

 

Abbas Rüstəmov

İctimai Televiziyanın proqramlar direktorudur.

Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də kiçik redaktor, “Sosioloji tədqiqatlar və məktublar” baş redaksiyasının baş redaktoru, ”Xarici əlaqələr və kommersiya mərkəzi”nin direktor müavini, “Reklam və elanlar” şöbəsinin müdiri, Televiziyanın Baş Proqramlar Direktorluğunda proqram direktorunun müavini, Radionun Proqram Direktorluğunda baş direktor müavini, proqramlar direktoru və digər məsul vəzifələrdə çalışıb. ”Miraj - media” Azərbaycan-İngiltərə birgə müəssisəsinə rəhbərlik edib.

Azərbaycan Jurnalistlər Birliyinin, Respublika Reklamçılar İttifaqının və Beynəlxalq Reklam Assosiasiyasının üzvüdür.

 

Aygül Məmmədova

İctimai Radionun proqramlar direktorudur.

Bakı Dövlət Universitetinin jurnaslitika fakültəsini bitirib.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də müxtəlif məsul vəzifələrdə çalışıb.

 

 

 

Telman Məmmədov (Nəzərli)

İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya departamentinin direktorudur.

Xarici Dillər İnstitutunu bitirib. Azərbaycan Dövlət Nəşriyyatında, Azərbaycan Tərcümə Mərkəzində müxtəlif vəzifələrdə, “Xəzər” jurnalında baş redaktorun birinci müavini işləyib. 1992-ci ildən əmək fəaliyyətini Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışmaqla davam etdirib. "2007-2015-ci illərdə “Azərbaycan” qəzetində işlədikdən sonra həmin ildən yenidən “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-yə qayıdıb. AzTV-nin “Hərbi vətənpərvərlik” baş redaksiyasının baş redaktoru vəzifəsində çalışıb.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli sərəncamına əsasən  televiziya və radio sahəsində xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

 

Anar Yusifoğlu (Yusifzadə)

İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimai-siyasi proqramlar departamentinin direktorudur.

Azərbaycan Dövlət Pedoqoji Universitetini bitirib. ANS TV-də reportyor, şöbə müdiri, “525-ci qəzet”də parlament müxbiri, “Sara” TV-də Xəbərlər departamentinin direktor müavini, direktoru və “Kontakt” tok-şousunun aparıcı olub.

2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışır. Televiziyanın ilk verilişlərindən olan “Gerçəyin özü” və “Yekun“ verilişinin aparıcısı, “Bizim tarix”, “Zamanın sınaq yolu”, “Tarixi yaradanlar”, “Əsrin facəsi: Xocalı”, ”Qan yaddaşı: Ağdam”, ”Soyqırım”, “Fenomen” və s. kimi çeşidli veriliş və sənədli filmlərin müəllifi olub. Hazırda “Aktual mövzu” tok-şousunun müəllifidir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

 

 Rauf Rəcəbov

“Carçıfilm” Yaradıcılıq Birliyinin direktorudur.

Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. 

1993-1995-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Xəbərlər" redaksiyasında müxbir, 1995-2003-cü illərdə "Səhər" musiqi-informasiya proqramında şərhçi, şöbə müdiri və baş redaktorun müavini vəzifələrində calışıb. 1995-ci ildə Azərbaycan Televiziyasında "Kriminal xronika" müəllif verilişinin yaradıcısı və aparıcısı, 1996-cı ildə Türkiyənin TQRT kanalında yayımlanan "Azərbaycan bu gün" proqramının müəllifi olub. Bir sıra televiziya filmlərinin, o cümlədən "Terror" sənədli filminin ssenari müəllifidir. 

2005-2011-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin milli azlıqlar ücün verilişlər departamentinin direktoru, 2011-2013-ci illərdə "Carcıfilm" yaradıcılıq birliyinin direktor müavini və baş redaktoru, 2013-2015-ci illərdə “Səhər” proqramları departamentinin direktoru vəzifələrində calışıb. 2016-cı ilin iyun ayından informasiya departamentinin direktorudur. "Sənədli Detektiv" verilişinin müəllifi və aparıcısıdır.

 

Zaur Mahmudov

İctimai Televiziya və Radio Yayımları Şirkətinin gənclər, elm və təhsil departamentinin direktorudur.

Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.

C.Naxçıvanski adına Hərbi Liseydə şəxsi heyətlə iş üzrə bölmədə psixoloq, ehtiyyatda olan zabit kimi hərbi vəzifələr icra edib.

2006-cı ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışır.

 

Rəşad Mehdiyev

İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Səhər" proqramları departamentinin direktorudur.

Azərbaycan Kooperasiya Universitetini bitirib.

Əmək fəaliyyətinə 2007- ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin “Xəbərlər” informasiya proqramları studiyasında müxbir kimi başlayıb, daha sonra həmin proqramın aparıcısı olub. Eyni zamanda “Səhər” musiqi-informasiya proqramının aparıcısı və baş redaktor müavini vəzifələrində çalışıb.

 

 Natiq Abdullayev

İctimai Televiziyanın musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktorudur.

Bakı Dövlət Universitetini, AMEA-nın İqtisadiyyat İnstitunun aspirantura şöbəsini bitirib.

1992-1995-ci illərdə “AZƏRTAC”da (Azərbaycan Dövlət Teleqraf Agentliyində) müxbir, redaktor, baş direktorun müşaviri, 1995-2005-ci illərdə Azərbaycan Dövlət Televiziyasında “Xəbərlər” redaksiyasında müxtəlif vəzifələrdə çalışıb.

2005-ci ildən Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətində gənclər və idman, “Carçı” informasiya, musiqi, bədii və əyləncəli verilişlər departamentlərinin direktoru vəzıfələrində işləyib.

2011-ci ildə “Həzz” ictimai-publisistik, bədii və əyləncəli jurnal təsis edib.

İqtisad elmləri namizədi, əməkdar jurnalistdir.

Ailəlidir, iki övladı var.

 

Məmmədbağır Axundov 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin kino və dublyaj departamentinin direktorudur.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Əmək fəaliyyətini uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də davam etdirib. 2005-ci ildən İctimai Televiziyada çalışır.

 

 

İmir Məmmədov

İctimai Radionun ədəbiyyat və incəsənət departamentinin direktorudur.

Tiflis Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1985-ci ildə Gürcüstan Dövlət Teleradio Yayımları Komitəsində jurnalist kimi başlayıb, Gürcüstan prezidentinin Regional Siyasət və İdarəetmə xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlib.

Azərbaycan Respublikası Yazıçılar Birliyinin, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür.

Gürcüstan Dövlət mükafatı laureatı, Şərəf ordeni kavaleridir.

 

Sevil Ələkbərova

İctimai Radionun musiqi və əyləncəli verilişlər departamentinin direktorudur.

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

2005-ci ildən Azərbaycan İctimai Televiziya və Radio Yayımları şirkətində çalışır.

İctimai Radionun ilk verilişlərindən olan "Muğam dünyası" verilişinin aparıcısı, "Milli Konservatoriya", "Dünya inciləri", "Dahiləri anarkən", "Əyləncəli sabah" və s. kimi verilişlərin müəllifidir.

“Min Bir Mahnı” milli musiqi, “Azərbaycan Mədəniyyəti incilərinin təbliğatçısı“ mükafatı, “Mübariz olaq” milli-vətənpərvərlik fəxri diplomuna və digər ictimai təşkilatların mükafatlarına layiq görülüb.

 

 

Mehman Bağırov

İctimai Radionun maarifçilik verilişləri departamentinin direktorudur.

Ayrı-ayrı mətbuat orqanlarında - ”Azərbaycan Gəncləri”, “Ədalət”, “Naxçıvan” qəzetlərində müxbir vəzifəsində çalışıb.

1996-cı ildən 2005-ci ilə qədər “Azərbaycan Gəncləri” qəzetinin baş redaktoru işləyib.

 

 

Vəsilə Vahidqızı (Zeynalova)

İctimai Televiziya və Radio Yayımları Şirkətinin anons şöbəsinin rəisidir.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də, Space TV-də və “İnternyus-Azərbaycan” şirkətində çalışıb.

"Azərbaycan teleməkanında kanal reytinqinin müəyyənləşdirilməsində sosial-psixoloji amillər (İTV-nin təcrübəsi əsasında)" mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib, filologiya üzrə fəlsəfə doktorudur.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Həsən bəy Zərdabi mükafatı laureatıdır.

 

 

İmanov Muxtar Kazım oğlu

İmanov Muxtar Kazım oğlu 1955-ci ildə Şərur rayonunun Axura kəndində anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1977-1980-ci illərdə Şərur rayonunun Həmzəli kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1983-cü ildə Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspiranturanı bitirib. 1984-cü ildə “Müasir Azərbaycan nəsrində psixologizm” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1983-1992-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. 1992-2000-ci illər arasında “Yazıçı” nəşriyyatının baş redaktoru olub. 2001-ci ildən AMEA Folklor İnstitutunun türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi olub. 2007-ci ildə “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.“Müasir Azərbaycan nəsrində psixologizm” (1991), “Gülüşün arxaik kökləri” (2005), “Xalq gülüşünün poetikası” (2006) adlı monoqrafiyaların, yazılı və şifahi ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş onlarla məqalənin, eləcə də bir sıra publisistik yazıların müəllifidir. “Bu yurd bayquşa qalmaz” (1995), “Zəngəzur folkloru” (2005) kitablarında çap olunan xalq ədəbiyyatı nümunələrinin toplayıcı və tərtibçilərindəndir.

Ailəlidir, iki oğlu var.

 

Sevil Yusifova

Sevil Yusifova 14 oktyabr 1973-cü ildə Qazax şəhərində ziyalı ailəsində anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib və həmin il AMEA-nın Nizami adına Ədəbiyyat institutunun aspiranturasına qəbul olub. Disertasiya işi “Abbas Tufarqanlının mühiti və yaradıcılığı” olub. 1999-cu ildə AMEA-nın Nizami adına Ədəbiyyat institutunun aspiranturasını bitirib. 1994-cü ildə “525-ci qəzet”də müxbir kimi işə başlayıb. Ondan sora müxtəlif mediya orqanlarında (“Ekskuliziv” informasiya agentliyində, “Yeni Azərbaycan”, “Panorama”, “Gündəlik Azərbaycan” qəzetlərində) parlament müxbiri, redaktor və xüsusi layihələr üzrə redaktor vəzifələrində çalışıb. AzTV, GünazTV, ELTV ilə əməkdaşlıq edib. “İşgüzar qadın”, “Gender” proqramlarının müəllifi və aparıcısı olub. 2003-cü ildən 2005-ci ilə kimi “Ruh” AJMK-da monitorinq qrupun rəhbəri olub. 2006-ci ildə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti seçilib. Bu günə kimi bu vəzifəni icra edir. 22 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 19 dekabr 2012-ci ildə Milli QHT Forumun Qurultayında MQF-nin İdarə Heyətinə üzv seçilib. “Zərif imzalar”, “Elegant Signatures”, “Mübariz yol” kitablarının tərtibçisi, “Media və Hüquq” kitabının redaktorudu. İki yüzdən çox layihəyə rəhbərlik edib: “Gənclər hər cür zorakılığa qarşı”, “Qadın sağlamlığı. Reabilitasiya”, “Tariximizi öyrənək”, “İstanbulda Xocalı harayı”, “Hepatitlə mübarizə aksiyası!”, “Ukraynanın gündəminə Azərbaycan həqiqətlərini gətirək”, “Qafqaz evi və ermənilər”, “Genofondumuzu qoruyaq!”, “Uşaq mətbuatı bu gün: problemlər, perespektivlər”, “Türk Dünyasının Mədəni İnteqrasiyası: Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi dili”, “Şərqdə ilk demokratik Respublika. Azərbaycan qadını” və s. “I Respublika Jurnalist Qadınların Forumu”nun təşkilat komitəsinin sədri olub.

 

Zemfira Həsən qızı Qafarova

Zemfira Həsən qızı Qafarova 1942-ci il noyabrın 22-də Bakıda anadan olub. 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib, həmin ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) tarix nəzəriyyə şöbəsinə daxil olub və 1966-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. Həmin ildən bu günədək konservatoriyada musiqi tarixi kafedrasında müəllim kimi çalışır. 1981-1991-ci illərdə tarix-nəzəriyyəsi fakültəsinin dekanı olub. 1984-cü ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru, 1986-cı ilə dosent elmi dərəcəsinə, 1993-cü ildə professor elmi adına layiq görülüb. Z. Qafarova SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Onun Ü.Hacıbəyovun "Koroğlu", "Ramiz Mustafayev", "Tofiq Bakıxanov", "Hacı Xanməmmədova", "Şəfiqə Axundova", "Telman Hacıyev", "Əli Haqverdiyev" monoqrafiyalarının, "Xarici musiqi tarixi", "Azərbaycan musiqi incəsənəti" dərsliklərinin, bir çox elmi və elmi-kütləvi məqalələrin, resenziyaların, oçerklərin müəllifidir.

 

Mirhəsən Seyidov

Mirhəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildən etibarən 287 saylı “Zəkalar” liseyində təhsil almağa başlayib, 2006-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. Təhsilini davam etdirən Mirhəsən Seyidov 2012-2014-cü illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq Biznes MBİ magistr dərəcəsi əldə edib. 2010-2011-ci illər ərzində hərbi xidmətini başa vurub.

İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başlayıb. 2009-cu il may ayından Dünya Türk Gəncləri Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq çalışmağa başlayıb. Dekabr ayından etibarən isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)-da baş katib müavini olaraq ictimai fəaliyyətinə davam edir. 2012-ci ilin fevral ayından başlayaraq “Avroviziya”nın Azərbaycandakı rəsmi Fan Klubunun sədri olub. 2012-ci ilin may ayından Azərbaycanda Avropa Hərəkatında İdarə Heyətinin üzvü olub, 2012-ci il iyul ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini vəzifəsində çalışmağa başlayıb. 2007-ci ildən başlayaraq 35-ə yaxın xarici ölkədə keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa Parlamenti, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatlarının Uşaq Fondu (UNICEF), Avropa İttifaqının, Avropa Gənclər Forumu, Avropa Gənclər Fondunun bir çox tədbirlərində Azərbaycanı təmsil edib. Yodlaşdırılmış duz, Sağlam həyat tərzi, Ekoloji maarifləndirmə, Azərbaycan Gənclər Siyasəti üzrə 

həmyaşıd təlimçi kimi fəaliyyə göstərib.2014-cü il 27 iyun tarixindən etibarən isə “İRƏLİ” İctimai Birliyinin sədri olaraq fəaliyyətini davam etdirir.

 

Zeynalov Vüqar Eldar oğlu

Zeynalov Vüqar Eldar oğlu 1962-ci ildə Qazax rayonunun Eynallı kəndində ziyalı ailəsində anadan olub.Məktəb bitirdikdən sonra 1978-ci ildən 1979-cü ilədək Bakı şəhər İcraiyyə Komitəsi Tramvay-trolleybus İdarəsində işləyib. 1979-cu ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə daxil olub. Eyni zamanda Universitetdə təhsil aldığı vaxt fakultə Komsomol Komitəsinin katibi, Universitet Tələbə Həmkarlar İttifaqının sədr muavini vəzifəsində çalışıb. Ümumittifaq Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin Fəxri Fərmanı və “Tələbə dəstələrində aktiv işinə görə” nişanı ilə təltif olunub. 1984-cü ildə Bakı Komsomol Məktəbinin komsomol quruculuğu kursunu bitirib. 1984-cü ildən 1987-ci ilədək Azərbaycan SSR Ali və Orta İxtisas Təhsil Nazirliyinin təyinatı ilə Azərbaycan Hesablama Texnikası və İnformatika İstehsalat Birliyinin İnformasiya Hesablama Mərkəzində mühəndis vəzifəsində işləyib. Yüksək istehsalat göstəricilərinə görə “Kommunist Əməyi Zərbəcisi” adı alıb. 1987-ci ildə Lenin RİK-in Təşkilat-İnstruktor şöbəsində instruktor işləyib. 1987-ci ildən 1989-cü ilədək Lenin rayon Komsomol Komitəsinin 2-ci katibi vəzifəsində çalışıb. Azərbaycan LKQİ Mərkəzi Komitəsinin Fəxri Fərmanı ilə təltif olunub. 

1989-cu ildən 1991-ci ilədək Bakı şəhəri Gənclərin Elmi-texniki Yaradıcılığı Qurumunun koordinatoru olub. 1991-ci ildən 1994-cü ilədək “AMAL” istehsal kommersiya firmasının direktoru işləyib. 1994-cü ildən 1998-ci ilədək isə “Biznes-press” qəzetinin təsisçisi olub və direktoru işləyib.

1995-ci ildən “Müller İnteryer” şirkətlər qrupunun təsisçisi və baş direktorudur.

 

Babanlı Yusif Məmməd oğlu

Babanlı Yusif Məmməd oğlu 1984-cü ilin aprel ayının 9-da Naxçıvan MR-nın Ordubad rayonunda anadan olub. 1990-2001-ci illərdə orta təhsil alıb. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2005-2008-ci illərdə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2001-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olub. 2001-2008-ci illərdə Azərbaycan Respublikasının idman ustası adını alıb. 2005-2008-ci illərdə Akademiyanın Tələbə Gənclər Təşkilatının sədri olub. 2009-2011-ci illərdə AzDBTİA-da baş müəllim vəzifəsində işləyib, hal-hazırda kafedranın professorudur. 2009-cu ildən Azərbaycan Boks Federasiyasının İcariyyə Komitəsinin üzvü, Təşkilat komitəsinin sədridir. 2010-cu ildən AzDBTİA-da prorektor vəzivəsində işləyir. 2010-cu ildə Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və idman işçisi adını alıb. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda doktorantura pilləsində təhsil alıb. Pedaqogika üzrə fəlsəfə doktorudur. 2012-ci ilin oktyabr ayından Azərbaycan Mədəniyyət İşçilərin Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin rəyasət heyətinin üzvüdür. Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə AHİK-nın medalı ilə təltif olunmuşdur, həmçinin dövlət qurumları tərəfindən fəxri fərman və diplomlarla təltif olunmuşdur. 2012-ci ildə "Respublika dərəcəli hakim" adını alıb. 60 elmi məqalə, 6 dərslik və 5 metodik vəsaitin müəllifidir, professordur. Ailəlidir.

 

Nurullayev Fuad İzzət oğlu

Nurullayev Fuad İzzət oğlu 1964-cü ilin sentyabr ayının 29-da Masallı rayonunda anadan olub. 1980-ci ildə Masallı rayon Mollaoba kənd məktəbini bitirib. 1989-cu ildə Qafqaz İslam Universitetinə daxil olub. 1994-cü ildə Universiteti bitirib. Həmin ildən Universitetdə müəllimlik fəaliyyətinə başlayıb. 2003-cü ildə BİU-ya (Bakı İslam Universiteti) dekan vəzifəsinə təyin edilib. 2010-cu il yanvarın 10-dan Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.

 

 

BİZİM TARİX

1956-cı ilin soyuq bir fevral axşamı Azərbaycan xalqı yeni bir möcüzə ilə üz-üzə qaldı. Sonralar uzun illər “sehirli qutu” kimi tanınan bu “möcüzə”nin adı hələ dilə o qədər də yatmayan “televiziya” idi. Və onda çox adam heç bilmirdi ki, dilə yatmayan bu “tele” və “video” sözləri yunan-latın dilindən alınmadır və birlikdə “uzağı görmək” mənasını verir...

İllər keçəcək və televizya möcüzə rolunu itirəcək, adiləşəcəkdi. Sonra Azərbaycanda da telekanalların sayı artacaq. Daha bir televiziya, fərqli bir telekanal yaratmaq zərurəti də yalnız bundan sonra meydana çıxacaqdı. Məlum olacaqdı ki, onsuz demokratik cəmiyyət quruculuğundan, demokratik ölkə imicindən danışmaq tezdir, çox tezdir...

Bu televiziyanın adı İctimai Televiziya olacaqdı...

1991-ci ildə totalitar sovet rejiminin caynağından qurtulub, yenidən müstəqillik qazanan Azərbaycan elə ilk günlərdən dünyaya demokratik inkişaf yolu tutduğunu bəyan elədi. Ağrılı-acılı keçid dövrünü yaşayan ölkə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə stabilliyə nail oldu və demokratik cəmiyyətin əsas elementlərini yaratmağa başladı.Ölkədə mətbuat azadlığının real təminatı üçün “Kütləvi İnformasiya vasitələri” haqqında yeni qanun işlənib qəbul edildi. Və yalnız bundan sonra cəmiyyətin yeni bir demokratik instituta – ictimai televiziyaya ehtiyacı məsələsi aktuallaşdı. “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikasının qanunu hazırlanıb uzun müzakirələrdən sonra qəbul edildi. Bu müzakirələr zamanı ictimai yayıma, ictimai televiziyanın yaradılmasına cəmiyyət “hə” dedi.

Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də Azərbaycan cəmiyyətinin və Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə fərman imzaladı.

Yalnız beynəlxalq standartlara uyğun bu cür hüquqi baza formalaşdırıldıqdan sonra Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasına yaşıl işıq yandırıldı. Və bu demokratik ideyanın reallaşmasının memarı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni televiziyanın rəmzi düyməsini basmaqla ölkədə İctimai Televiziya və Radio Yayımına xeyir-dua verdi, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara isə Azərbaycan dövlətinin seçdiyi demokratik inkişaf yoluna, fikir plüralizminə, söz və mətbuat azadlığı prinsiplərinə sədaqətini növbəti dəfə təsdiqlədi. Bu möhtəşəm tarixi hadisə 2005-ci il avqustun 29-da gerçəkləşdi.

Bu gün dünyanın bir çox ölkələri İctimai Televiziya yayımını həyata keçirir. Özünü demokratik ölkə kimi təqdim edən bəzi dövlətlərin isə adı bu siyahıda yoxdur. Amma Azərbaycan dövləti müstəqilliyini bərpa edəndən heç 15 il keçməmiş belə bir demokratik institutun da yaradılmasına imza atmaqla, cəmiyyətdə söz və mətbuat azadlığına, plüralizmin təşəkkülünə geniş yer verildiyini ortaya qoydu.
İndi Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından olan İctimai Televiziya 2005-ci ildə dünya ölkələrinin müsbət təcrübəsinə güvənməklə, porblemsiz yaradılıb, özü də klassik formada–dövlətin təşəbbüsü ilə. Dünyada milli ictimai yayım formaları fərqli olsa da onları dörd əsas prinsip birləşdirir. Birincisi, bütün ictimai teleradio kanalları xüsusi qanunvericilik əsasında formalaşır.

Azərbaycan bu qanunu 2004-cü ilin sentyabrında qəbul edib. İkincisi, istənilən ictimai yayıma cəmiyyət müvafiq kollegial orqanlar vasitəsilə nəzarət edir.

Azərbaycan cəmiyyətinin İctimai Televiziyaya belə nəzarət mexanizmi “İctimai Televiziya və Radio Yayımları haqqında” Azərbaycan respublikasının qanununda öz əksini tapıb. Həmin qanuna uyğun olaraq bütün sosial qrupların maraqlarını təmin etmək məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Milli Elmlər Akademiyası, Mətbuat Şurası,

Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri, idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatlarının nümayəndələrindən ibarət Yayım Şurası yaradılıb. Yayım Şurasının üzvləri alternativ əsaslarla ciddi müzakirədən sonra Azərbaycan Parlamenti tərəfindən təsdiq edilir.

Yayım Şurasının üzvləri müxtəlif ictimai təşkilatları, cəmiyyətin fərqli təbəqələrini təmsil edirlər. Nəticədə ölkədə ictimai yayıma cəmiyyətin nəzarəti maksimum təmin edilir. Nəzərə alsaq ki, Yayım Şurasının üzvləri rotasiya olunur, təmsilçilik sırasına yeni ictimai təşkilatların nümayəndələri də cəlb edilir, onda ölkənin yayım siyasətinin şəffaflığı və demokratikliyi barədə təsəvvür daha da dolğunlaşar.

Dünyada ictimai yayımla məşğul olan teleradio şirkətlərinin maliyyələşdirilməsi vacib şərtlərdəndir. Maliyyələşmə məsələsi də qanunla tənzimlənir və kanalın hər hansı kommersiya maraqlarına tabe edilməsinin qarşısı alınır. Azərbaycan qanunvericiliyi İctimai Televiziyanın maliyyə məsələsini də tamamilə şəffaf tənzimləyir.

Nəhayət, dördüncü prinsip - ictimai yayım şirkətinin məzmunu, onun proqram siyasəti obyektiv, tərəfsiz və qərəzsiz informasiyaya əsaslanmalı, geniş əhali kütləsinin maraqlarını təmin etməyə istiqamətlənməlidir.

İctimai yayımçı proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır. İctimai Televiziyanın bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir.

Bu, qanunvericiliyin tələbidir.

İctimai Televiziya Azərbaycan qanunlarını və klassik ictimai yayımçılığın bu başlıca dörd prinsipini rəhbər tutaraq fəaliyyət göstərir.

Elə buna görə də İctimai televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli – İctimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdür. Bunu dünya klassik ictimai yayım praktikası və ənənəsi tələb edir, bunu

Azərbaycan qanunvericiliyi tələb edir, bunu Azərbaycan tamaşaçısı, Azərbaycan xalqı tələb edir.

Azərbaycan qanunvericiliyinə görə İctimai yayım xidmətinin əsas prinsiplərindən biri informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyüdür. İctimai televiziya bu prinsiplə işləyir.

İctimai yayımçı xalqa xəbər verir, məlumatlandırır, informasiyaya münasibət bildirmir, hər hansı hadisəyə qərəzli yanaşmır.

"Carçı” xəbərlər proqramı operativliyi ilə seçilir, ölkənin və dünyanın hər yerindən xəbərləri doğru-dürüst və qərəzsiz çatdırır. “Carçı”nın rus dilində buraxılışları da geniş tamaşaçı auditoriyasına malikdir.

 

 

 

 

 Azərbaycan cəmiyyəti səhərlərini “Yeni gün” proqramı ilə açmağa adət edib. Az qala hər gün 3 saat tamaşaçılarla canlı ünsiyyət bu kanalın xalqla ünsiyyətinin, tamaşaçı ilə təmasının yalnız bir nümunəsidir. Səhər durub işə hazırlaşan tamaşaçı İctimai Televiziyanın “Yeni gün”ündən yeni impuls alaraq evdən çıxır.

İctimai televiziya qanunvericiliyin daha bir tələbinə - plüralizm və dözümlülük, açıq siyasi maraqlardan uzaqlaşma tələbinə də ciddi əməl edir.

İctimai yayım proqramlarında siyasi baxışların birtərəfli qaydada üstünlüyünə və ya təbliğatına yol verilmir. Plüralizm və dözümlülük prinsipinə uyğun olaraq cəmiyyətdəki müxtəlif nəzər nöqtələri, problemlərə yanaşma, şərhlər və analitik təhlillər alternativ əsaslarla və müzakirə formasında aparılır.

İctimai Televiziyanın yayım proqramlarında siyasi baxışların birtərəfli qaydada üstünlüyünə yol verilmədiyi üçün parlament və prezident seçkilərinin əsas debatları bu kanalla yaımlanır. Xalq namizədlərinin imkanlarını bu kanal vasitəsi ilə daha yaxından tanımaq imkanı əldə edir. Çünki ən müxtəlif siyasi platformaların məğzi məhz İctimai Televiziyanın efirindən yayımlanır.

Ötən illər ərzində artıq televiziyanın seçki təbliğatı ilə bağlı öz ənənələri, obyektiv standartları formalaşıb. Bu ənənələr isə cəmiyyəti də qane edir, beynəlxalq qurumları da.

İctimai Televiziya bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasını da əvvəlki illərdə olduğu kimi obyektiv və tərəfsiz təşkil etmək iqtidarındadır.

Çünki ötən illərdə televiziya ictimai yayım qanununun müddəalarını rəhbər tutaraq cəmiyyətdəki fikir plüralizmini televiziya ekranına gətirib.

“Ortaq məxrəc” tok-şousu cəmiyyəti narahat edən ən aktual mövzuların müzakirə meydanı kimi tanınır. Burda əxlaqi və milli-mənəvi dəyərlərdən tutmuş müasir sosial şəbəbkələrin üstünlükləri və problemlərinə qədər hər şey barədə açıq söhbət gedir. Tok-şounun qonaqları – verilişin iştirakçıları isə müvafiq sahələr üzrə ekspert-mütəxəssislərlə yanaşı sadə insanlar, müzakirə edilən problemə dair sözü olan adi adamlar – tələbələr, şagirdlər, sadə peşə sahibləri olur.

“Xəmsə” və “Ailəm aləm” kimi intellektual verilişlər Azərbaycan gənclərinin maarifləndirilməsi kimi ali bir məqsədə xidmət edir. Ölkənin bütün bölgələrindən belə yüksək intellektual səviyyəli ailələrin yarışması paytaxtdan uzaqda yaşayan insanların unudulmadığına, elmə, biliklərə yiyələnməyin həmişə üstünlük olduğuna inam yaradır.

 İctimai Televiziya təhsil və maarifçilik məsələlərinə xüsusi diqqət ayırır.

“Açıq dərs” proqramı artıq bu kanalın brendinə çevrilib. Bu tok-şouda müasir təhsilin ən mühüm istiqamətləri qabardılır, insanları düşündürən problemlər ətrafında açıq müzakirələr gedir.
Neçə illərdi ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarında ən yüksək bal toplayan gənclərin əldə etdiyi nailiyyətlərin təbliğinə həsr edilmiş video-çarxlar tamaşaçıların marağına səbəb olur, istedadlı gənclər cəmiyyətə nümunə kimi təqdim edilir.

Bu gün əksər televiziya kanallarında, demək olar ki, üstünlük təşkil edən kriminal xronikanın “qəhrəmanları”ndan fərqli olaraq bu gənclərin uğuru şüurlarda dəyişiklik yaratmaq gücündədir, desək yanılmarıq.

Heç kimə sirr deyil ki, müasir televiziya yayımında kommersiya maraqları xüsusi yer tutur. Bu maraqlar isə çox vaxt gəlir gətirməyən proqramların hazırlanmasına mane olur. Tarix, mədəniyyət və incəsənətin ayrı-ayrı sahələrinin inkişafına xidmət edən verilişlər, vətənpərvərlik mövzusunda proqramlar bu qəbildəndir. Azərbaycan televiziya məkanında bu boşluğu doldurmaq missiyası da İctimai televiziyanın üzərinə qoyulub. Ona görə də telekanal milli-mənəvi və əxlaqi dəyərləri ön plana çəkərək tariximizin şərəfli səhifələrinin öyrənilməsinə, mədəniyyət və incəsənətin müxtəlif sahələrinə ayrıca proqramlar həsr edir.

"Ötən əsrin nəğmələri”, “Bir mahnının tarixçəsi”, “Bakı vaxtı” “Bakı sirləri” kimi silsilələr mədəniyyətimizin və tariximizin nisbətən az öyrənilmiş səhifələrinə işıq salır.

Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimlərinin həyat və yaradıcılığına yeni formada, yeni prizmadan baxmaq da İctimai Televiziyanın taleyinə qismət olub. Bu telekanalın mədəniyyətlə bağlı öz konsepsiyası var. Hesab olunur ki, Azərbaycan mədəniyyətinin hələ təbliğ olunmamış, hələ öyrənilməmiş qatları var və bu qatlar cəmiyyətə zaman-zaman təqdim edilməlidir. Təsadüfi deyil ki, İctimai televiziya və Radio yayımı haqqında Azərbaycan Respublikasının qanununda da proqramlarda milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirmək tövsiyə edilir. Deməli, mədəniyyət və incəsənətin rəngarəngliyinə İctimai Televiziyanın xüsusi diqqət ayırması həm də ictimai yayımçı kimi vəzifə borcuna çevrilib.

Bütövlükdə mədəniyyət və incəsənət sahəsinə bu diqqətin nəticəsidir ki, dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn sənət adamları da unudulmur, onlar “Bakının qonaqları” proqramının qonağı olurlar. Bu proqramda da söhbət ümumbəşəri ideallardan, qloballaşan dünyada mədəniyyət və incəsənətin rolundan gedir.

Yarandığı gündən İctimai Televiziya ucuz şou-proqramlardan, cılız musiqi və musiqiçilərdən uzaq olub. Həmişə musiqi mədəniyyətimizin ən kamil nümunələrinin təbliğinə üstünlük verib.

Dünya ictimai yayım konsepsiyasının əsas tələblərindən biri də milli, dini azlıqların hüquq və azadlıqlarına xüsusi diqqət yetirməkdir. İctimai Televiziya fəaliyyətə başladığı ilk günlərdən bu konsepsiyanı öz işinin mühüm tərkib hissəsi elan edib.

80-dən artıq xalqın nümayəndələrinin yaşadığı Azərbaycanda milli və dini tolerantlığın təbliği, bu məqamın İctimai televiziyanın proqram siyasətinin əsas prinsipinə çevrilməsi vacib şərtdir. Ona görə də bu gün İctimai televiziya talışın da, ləzginin də, avarın da, tatın da, yəhudilərin kompakt yaşayış məntəqəsi olan Qırmızı qəsəbə sakinlərinin də öz televiziyasına çevrilib.

Bu kanalın qapıları siyasi baxışlarından, dini görüşlərindən, milli mənsubiyyətindən asılı olmayaraq hamının üzünə açıqdır.

Ölkədə yaşayan azsaylı xalqların mədəniyyəti, musiqisi, folkloru və ədəbiyyatı İctimai Televiziyanın proqram siyasətində xüsusi yer tutur.

Müxtəlif millətlərin paytaxtdan uzaqda - ucqar dağ kəndində yaşayan nümayəndələrinin - nənələrin laylası, babaların hikməti İctimai Televizya vasitəsilə hamının, bütün xalqın malına, sərvətinə çevrilir.

Respublikanın yaşam tərzinin göstəricisi olan bu fərqlilik İctimai Televiziyanın efirinin rəngarəngliyini təmin edir.

Bu, mədəniyyət rəngarəngliyidir.

Bu, ədəbiyyat rəngarənliyidir.

Bu, incəsənət rəngarəngliyidir.

Biz bu rəngarəngliklə zənginik.

İctimai Televiziya fəaliyyətinin ikinci ilində - 2007-ci ildə Avropa Yayımları Birliynə tamhüquqlu üzv qəbul edilib. Bu, 1950-ci ildən fəaliyyət göstərən beynəlxalq televiziya şəbəkəsinin cəmi iki yaşı olan bir şirkətin fəaliyyətinə inam və etibarının, etimadının göstəricisi olub.Biz bu rəngarəngliklə böyük və bütünük.

Və bir də bu, ölkəmizin ictimai yayımçısının dünya yayım şəbəkəsində özünə layiqli yer tutmasının təsdiqi olub.
Təsadüfi deyil ki, Avropa Yayım Birliyinin Baş assambleyasının 2010-cu ildə keçirilən 64-cü yay sessiyasına MDB ölkələrindən ilk dəfə məhz Azərbaycan ev sahibliyi edib. Dünyanın 57 ölkəsinin 77 teleradio qurumunun rəhbərlərinin iştirak etdiyi bu tədbirin keçmiş SSRİ məkanında ilk təşkilatçısı Azərbaycanın İctimai televiziyası olub.

Məlumat üçün əlavə edək ki, Avropa Yayım Birliyi ildə iki dəfə toplanır. Qış sessiyası bir qayda olaraq İsveçrənin Cenevrə şəhərində keçirilir, yay sessiyasının yeri isə ayrı-ayrı dövlətlərin müraciəti əsasında müvafiq araşdırmalar aparıldıqdan sonra və həmin dövlətlərdəki infrastruktur və mediyaya verilən qiymətdən asılı olaraq müəyyənləşir.

Deməli, birliyin yay sessiyasının Azərbaycanda keçirilməsi həm də ölkəmizdə mətbuata qayğının dünya standartları səviyyəsində olduğunun, eləcə də İctimai Televiziyanın bu standartlara cavab verdiyinin təsdiqidir.

Belə bir etimadın, etibarın nəticəsidir ki, indi İctimai Televiziya dünyadakı nəhəng korparasiyaların bölgədə ən etibarlı partnyoruna çevrilib.

“Evronyus”kimi nüfuzlu telekanalla qarşılıqlı əməkdaşlıq barədə müqavilə imzalanıb və dünyanın bu aparıcı xəbər kanalı İctimai Televiziya ilə əməkdaşlığa başlayıb.

İctimai yayım haqqında qanunvericiliyin tələbinə görə İctimai Televiziya milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirən maarifləndirici, məlumatlandırıcı və əyləndirici proqramlar vasitəsilə vətəndaşların maraqlarını təmin etməlidir. Bu vəzifənin öhdəsindən də layiqincə gələn İctimai Televiziya və Radio Yayımları Şirkəti bir sıra beynəlxalq telelayihələrin Azərbaycanda eksklüziv yayımçısına çevrilib. Kann kinofestivalı, Vyana Filarmoniya orkestrinin konserti, “World Music Awards”, Olimpiya oyunları kimi bütün dünyada maraqla izlənən böyük layihələri Azərbaycan auditoriyasına məhz İctimai Televiziya təqdim edir.

Teleşirkət neçə illərdir ki, Türkiyə, Macarstan, Polşa, Koreya, Rumıniya, Gürcüstan, Almaniya, Fransa və digər ölkələrin ictimai yayımçıları ilə əməkdaşlıq şəraitində işləyir. Bu telekanallarla mübadilə proqramları həyata keçirir.

Belə əməkdaşlıq sayəsində təşkil edilən telekörpülər, birgə layihələr mədəniyyətlər vasitəsi ilə müxtəlif xalqlar arasında körpü yaradır, müxtəlif mədəniyyətə və dini görüşə malik xalqların daha da yaxınlaşmasına, qarşılıqlı anlaşmaya və inkişafa yardımçı olur.

Son illər türkdilli xalqlar arasında əməkdaşlığın daha da artırılması, milli-mənəvi dəyərlərin qarşılıqlı mübadiləsi və təbliği məsələsi Azərbaycan cəmiyyətində xüsusi aktuallıq kəsb edib. Ortaq türk dilinin formalaşması barədə müzakirələr çoxdan başlayıb.

İctimai Televiziya cəmiyyəti narahat edən bu məsələdə də birinciliyi ələ alıb. 2009-cu ildən türkdilli ölkələrin ortaq televiziyası fəaliyyətə başlayıb. İlk dəfə İctimai televiziya və Türkiyə Radio-Televiziya qurumu TRT-nin başladığı ortaq yayımların uğuru bu möhtəşəm layihəyə Orta Asiya ölkələrinin də qoşulmasını təmin

edib. Bir sözlə, ortaq türk dili, böyük türk birliyi yolunda ilk zəruri və real addımları da İctimai Televiziya atıb.

Neçə illərdi ki, İctimai radionun TRT radiosu ilə birlikdə hazırladığı “Qorqud ata” proqramı bütün türk dünyasına yayımlanır, türk dünyasının dünəni və bu günü, böyük şəxsiyyətləri, zəngin mədəniyyəti və ədəbiyyatı barədə verilişlər hazırlayır, bu yolla türk birliyinin daha da möhkəmləndirilməsinə xidmət edir.

***

Azərbaycanda İctimai Televiziyanın fəaliyyyətə başlaması ölkə mədəniyyətinin və incəsənəntinin dünya miqyasında tanınması və təbliği istiqamətində daha bir yeniliyin əsasını qoyub. Söhbət Azərbaycanın dünyanın ən böyük musiqi yarışması sayılan “Evrovision” mahnı musabiqəsində iştirak hüququ qazanmasından gedir.

Ölkəmiz bu yarışmada 2008-ci ildən iştirak edir. Elə həmin ildəki debütündə 8-ci yerlə kifayətlənən ifaçılarımız növbəti il 3-cü, 2010-cu ildə 5-ci yeri tutub.

Heydər Əliev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu müsabiqəyə hazırlıq işlərinə yaxından dəstək verməsi öz nəticəsini çox gözlətmədi. Azərbaycan 2011-ci ildə bu yarışmanın qalibi olaraq növbəti musiqi müsabiqəsini Bakıda təşkil etmək hüququ qazandı.

Bu, Azərbaycan Respublikasını dünya ictimaiyyətinə daha yaxından tanıtmaq, Azərbaycan xalqının qonaqpərvərliyini, Azərbaycan mədəniyyətinin və incəsənətinin uğurlarını, ən nəhayət, müstəqilliyini cəmi 20 il əvvəl yenidən bərpa etmiş bir dövlətin demokratiya, iqtisadi-siyasi və sosial sahədə qazandığı nailiyyətləri nümayiş etdirmək, əyani göstərmək şansı yaratdı.

Qısa zaman kəsiyində Xəzərin sahilində “Kristal Hall” kimi tanınan ən böyük konsert kompleksi inşa olundu. Əsası təxminən yüz il əvvəl qoyulmuş Bakı bulvarı genişləndirilərək yeni və müasir görkəm aldı.

Heydər Əliyev Fondunun yarışmaya hazırlıq işlərini öz üzərinə götürdü, hazırlıq prosesinin hər xırda detalı, hər mərhələsi Fondun nəzarəti altında idi. Nəticə gözlənildiyindən də uğurlu alındı.

 

 

Bakıda keçirilən “Evrovision-2012” müsabiqəsi indiyədək olan bütün müsabiqələrdən fərqləndi. Bu müsabiqəni izləmək üçün Bakıya gələn qonaqlar, eləcə də dünyanın hər yerindən yarışmanı canlı yayımla izləyən on milyonlarla tamaşaçı Bakının gözəlliyinə, müsabiqənin yüksək səviyyədə təşkilinə, Azərbaycan xalqının qonaqpərvərliyinə heyran qaldı.

Yüz milyonlarla auditoriyası olan bu musiqi şousunun Bakıda təşkili milyonlarla insana Azərbaycan dövlətinin apardığı uğurlu sosial-iqtisadi siyasətin nəticələrini görmək, hiss etmək, xalqın yaşam tərzinin günü-gündən yüksəldiyinin şahidi olmaq imkanı qazandırdı.

Bu, sadəcə bir musiqi yarışması deyidi. Bu, Azərbaycanın təqdimatı, tanıdılması və sevdirilməsi şansı idi. Bu şansı isə ölkədə İctimai Televiziyanın fəaliyyətə başlaması, özünü sübut etməsi faktı yaratmışdı. Bütün bunlar isə düz səkkiz il əvvəlin bir avqust günündə baş vermişdi...

***

Azərbaycan Respublikası Prezidentinin milli teleserialların çəkilişlərinə vəsait ayırması ilə milli kinomuzun inkişafına yeni nəfəs verildiyini heç kəs dana bilməz.

Ötən dövrdə “Carçıfilm” Yaradıcılıq Birliyi çoxsaylı televiziya və sənədli filmlər hazırlamış, bu filmlərdə əsas diqqət milli-mənəvi dəyərlərin qorunmasına, tariximizin öyrənilməsinə yönəldilmişdi. Lakin bu sahəyə xüsusi diqqət yetirliməsi, milli teleserial istehsalına dövlət yardımının ayrılması İctimai televiziyada kino sahəsində başlanan işin keyfiyyətini bir az da artırıb.

Bu məqsədlə teleşirkət yeni müasir kino çəkilişi avadanlıqları alıb, yeni teleserialların çəklişlərinə hazırlıq işlərini başlayıb.

İctimai Televiziya və Radio Yayımı haqqında qanunda xarici ölkələrdə istehsal olunmuş ən yaxşı filmlərin, cizgi filmlərinin və s. Azərbaycan dilinə tərcümə edilib yayılması tövsiyə edilir. Bu məqsədləri reallaşdırmaq üçün İctimai televiziyada Azərbaycan tamaşaçısının zövqünə uyğun ən yeni filmlərin tərcümə və dublyaj edilməsi üzərində gərgin iş aparır. Bu işə indi ölkənin ən tanınmış aktyorları cəlb edilir. Bu isə dublyajın keyfiyyətinə zəmanət deməkdir.

İndi İctimai Televiziya və Radio 24 saat ərzində Azərspace və Hotbird peykləri vasitəsilə dünyanın əksər ölkələrinə, www.itv.az ünvanlı internet saytı ilə bütün dünyaya yaımlanır. Elə bu səbəbdən də dünyanın müxtəlif guşələrinə səpələnmiş Azərbaycanlılar üçün hər həftənin cümə axşamı xüsusi proqram – “Qərib axşamlar”ı təqdim edir. Bu proqramın hər yerdə, hər ölkədə tamaşaçıları var, bu proqramı gözləyənlər var. Deməli, İctimai televiziya həm də dünya azərbaycanlılarının televiziyasıdır.

***

Müasir dövrdə fəaliyyət istiqamətindən, siyasi və ictimai mövqeyindən, üz tutuduğu auditoriyadan asılı olmayaraq heç bir televiziya kanalını ən müasir rəqəmsal avadanlıqsız təsəvvür etmək mümkün deyil. Qarşısına ictimai yayımı reallaşdırmaq məqsədi qoyan televiziyanı isə xüsusən...

Bu məqsədlə yarandığı ilk gündən şirkət dünyanın ən aparıcı texnologiya istehsalçılarının müştərisinə çevrilib. İndi İctimai Televiziya həcminə, çəkiliş və montaj avadanlıqlarının müasirliyinə, eləcə də texniki göstəricilərinə görə regionun ən güclü telekanallarından biri sayılır. İki inzibati binadan ibarət şirkətin səkkiz studiyası günün tələbləri səviyyəsində qurulduğundan 24 saatlıq yayım proqramında fasilədən, gecikmədən söhbət gedə bilməz. Dünya standartlarına uyğun Səyyar Televiziya Stansiyaları, zəngin texniki bazası olan teleşirkət indi rəqabətədavamlı proqram siyasəti yeritməyə, istənilən ekstremal şəraitdə çəkiliş aparmağa qadirdir.

Çünki Azərbaycan dövlətinin ictimai yayımçı qarşısında qoyduğu başlıca vəzifələrdən biri də Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.

İctimai Televiziya bu böyük və ali məqsədə çatmaq üçün uzun bir yola çıxıb.

Qarşıda bizi hələ bir-birindən maraqlı və enişli-yoxuşlu yollar gözləyir. Yolumuz açıq, xeyiri-uğurlu və mübarək olsun!

Home"CARÇI" İnformasiya proqramıSPORTAzerbaijani gymnast claims bronze in Spain
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image